XV əsr və ya XV yüzillik – Miladi təqvimə görə 1400−1499-cu illəri birləşdirən yüzillik. Orta əsrlərə aiddir.
1400-cü ilin ilk günündən sonra başlayır. İlk günü 1400-cü ilin 1 yanvar tarixi, son günü isə 1499-cu ilin 31 dekabrıdır.
XV əsrdən sonra isə XVI əsr gəlir.
Hadisələr
1400-cü illər 1400 - Hələb döyüşü baş verdi Məmlük dövləti məğlub oldu.
1402 - Ankara döyüşü baş verdi. Osmanlı məğlubiyyətə uğradı. 1403 - İldırım Bəyazidin vəfatı 1404 - II Muradın doğumu 1405 - XI Konstantinin doğumu (sonuncu Bizans imperatoru) 1405 - Timurun vəfatı 1405 - İskəndər Bəyin doğumu (albanların milli qəhrəmanı) 1406 - Çandarlı Əli Paşanın ölümü 1406 - Naxçıvan döyüşü baş verdi. 1408 - Sərdrud döyüşü baş verdi.Teymurilər dövləti məğlub oldu.
1410-cu illər
1411 - I Mehmedin anası Dövlət Xatunun vəfatı 1413 - 5-ci Osmanlı sultanı I Mehmedin taxta çıxması 1415 - Yüzillik müharibənin bir parçası olan Azenkur döyüşünün baş verməsi 1415 - Müqəddəs Roma İmeriyasının imperatoru III Fridrixin doğumu 1416 - Osmanlı-Venesiya müqaviləsinin imzalanması
1420-ci illər
1420 - Qara Yusifin vəfatı (Qaraqoyunlu dövlətinin banisi) 1421 - I Mehmedin vəfatı 1421 - II Muradın taxta çıxması 1423 - Uzun Həsənin doğulması (Ağqoyunlu dövlətinin banisi) 1425 - Bizans imperatoru II Manuilin ölümü 1428 - Ulubatlı Həsənin doğumu (Konstantinopolun fəthi zamanı şəhər divarlarına ilk Türk Bayrağını sancan əsgər)
1430-cu illər
1431 - Janna d`Arkın məhkəmədə mühakiməsi və diri-diri yandırılması 1432 - Konstantinopolu fəth edən Osmanlı padşahı Fateh Sultan Mehmetin doğumu
1440-cı illər
1444 - Varna döyüşü 1444 - Ədirnə-Segedin Müqaviləsinin imzalanması 1444-1446 - Fateh Sultan Mehmetin müvəqqəti taxta çıxması 1447 - Fateh Sultan Mehmetin taxtı II Murada yenidən təhvil verməsi 1448 - II Kosova döyüşü
1450-ci illər
1450 - Dünyada ilk mətbəənin qurulması
1451 - Fateh Sultan Mehmetin qalıcı olaraq taxta çıxması
1451 - II Muradın vəfatı 1452 - İtalyan rəssam Leonardo da Vinçinin doğumu 1453 - Konstantinopolun fəthi. Orta əsrlərin sonu, Yeni dövrün başlanğıcı 1453 - Yüzillik müharibənin başa çatması 1453 - Aya Sofyanı kilsədən məscidə çevrilməsi 1453 - XI Konstantinin ölümü 1455 - Al qızılgül və ağ qızılgül müharibələrinin başlanması 1459 - Cem Sultanın doğumu
1460-cı illər
1466 - Topqapı sarayının tikintisi başladı 1467 - Xeyrəddin Barbarossanın doğumu 1468 - İskəndər Bəyin ölümü 1467 - Cahanşahın ölümü
1470-ci illər
1470 - IV Eduardın taxtdan endirilməsi 1470 - Yavuz Sultan Səlimin doğumu 1473 - Otluqbeli döyüşü 1474 - Əli Quşçunun vəfatı 1476 - Fateh Sultan Mehmetin moldovalılar üzərində qələbə qazandığı Alba Vadisi döyüşü 1478 - Osmanlıda ilk qızıl pul kəsimi
1480-ci illər
1480 - Otranto Səfəri 1481 - Fateh Sultan Mehmetin vəfatı 1481 - II Bəyazidin taxta çıxması 1483 - Martin Lüterin doğumu 1485 - Al qızılgül və ağ qızılgül müharibələrinin sonu 1488 - Ümid Burnunun kəşfi 1489 - Memar Sinanın doğumu
1490-cı illər
1490 - İspaniyadan atılan müsəlman və yəhudilərin Osmanlıya gətirilməsi 1492 - Xristofor Kolumbun Amerikanı kəşf etməsi 1494 - Qanuni Sultan Süleymanın doğumu 1498 - Vasko da Qamanın Hindistana su yolunu kəşf etməsi
Kateqoriya:II minillik