Mario Kamus (; ) — İspaniya kinorejissoru, ssenarist və aktyor.
Həyatı İspan kinorejissoru Mario Kamus 1935-ci ildə anadan olmuşdur. Hüquq kollecini bitirdikdən sonra 1956-cı ildə Escuela Oficial de Cinematografía-ya daxil olmuşdur. Oranı bitirərkən diplom işi kimi qısametrajlı "İçki düşkünü" filmini çəkir. Onun ilk tammetrajlı filmlərindən biri "Gənc Sançes" (1963) olur.
Mario Kamus Buenos Ayres kinofestivalında "Ən yaxşı film" nominasiyasında mükafata layiq görülmüşdür.
Onun ən məşhur filmlərindən biri 1968-ci ildə çəkdiyi "Qoy danışsınlar" musiqili filmi olmuşdur. M. Kamus 80-ci illərdə də ona şöhrət qazandıran və tamaşaçılar tərəfindən böyük uğurla qarşılanan bir neçə filmin rejissoru olmuşdur.
Filmoqrafiya Qoy danışsınlar! (film, 1968) / Digan lo que digan
İstinadlar
Kateqoriya:İspaniya kinorejissorları Kateqoriya:İspaniya ssenaristləri Kateqoriya:Santanderdə doğulanlar Kateqoriya:XX əsrin ssenaristləri