Cəfərabad — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Karxulu kənd inzibati ərazi dairəsində kənd.

1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 4 oktyabr 2020-ci ildə Qarabağ döyüşlərində kənd erməni işğalından azad edilmişdir.

Arazboyu düzənlikdədir. Yaşayış məntəqəsini 1806-cı ildə Rusiya himayəsinə keçmiş Xoy hakimi Cəfərqulu xana məxsus ailələr salmış və kəndi də xanın adı ilə adlandırmışlar"Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007..

İqtisadiyyatı Əsas təsərrüfatı heyvandarlıq idi.

İstinadlar

Kateqoriya:Cəbrayıl rayonunun kəndləri