() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –VU B1ab (iii) + 2ab (iii). Azərbaycanın nadir növüdür.
Botaniki xarakteristikası Çoxillik ot bitkisidir. Kökümsovu qısa, sürünən, gövdə 7-18 (23) sm, 1 iri təpə çiçəyi var. Yarpaqlar boz-göyümtül, dar-xətvari, 3-5 mm enindədir. Təpə yarpaqları otvari-pərdəlidir, neştərşəkilli—sivridir. Çiçəkyanlığının borucuğu yumurtalıqdan qısadır. Çiçəkyanlığının xarici tərəfi üfüqi genişlənmiş, xətvari, kürəkşəkill, 3-4 sm uzunluğunda, 10-12 mm enində, qara—bənövşəyi, yuxarı tərəfdə bir qədər parlaq zolaq var. Tozcuq mavi, qutucuq oval və ya ellipsivari 3 tilli, itidir, 5-7 sm uzunluğundadır.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Çiçəkləmə dövrü aprel, meyvə əmələgətirmə may ayına təsadüf edir. Kökümsov və toxum vasitəsilə çoxalır. Aşağı dağ qurşağında quru, daşlı yamaclarda yayılmışdır. Kseromezofitdir. Geofit bəzək bitkisidir.
Yayılması Kiçik Qafqazın cənubu, Naxçıvanın dağlıq hissəsi (Vəlidağ və Dəhnə dağları ərazisində), Kür düzənliyi.
Sayı və tendensiyası Populyasiyalarına nadir rast gəlinir, azalma tendensiyası müşahidə olunur.
Məhdudlaşdırıcı amillər Antropogen amillər (növün bəzək bitkisi kimi yığılması, otarılma, tapdalanma) və iqlimin dəyişilməsi.
Mühafizə tədbirləri Xüsusi mühafizə tədbirləri hazırda aparılmır. Yayılma yerlərində antropogen təsiri azaltmaq məqsədilə yasaqlıqların təşkili, populyasiya səviyyəsində genetik tədqiqi, soğanaq və toxumlarının toxum bankında saxlanılması vacibdir.
Sinonimləri Homotipik sinonimləri
Yarımnövləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:1817-ci ildə təsvir edilən bitkilər Kateqoriya:Türkiyə florası Kateqoriya:Azərbaycan florası Kateqoriya:İran florası Kateqoriya:Ermənistan florası Kateqoriya:Bağ bitkiləri