Lambert Vilson (fransızca Lambert Wilson, ) — fransız aktyoru. Özünün Matriks seriyalarındakı Merovinqen rolundan sonra məşhurluq qazanıb.

Bioqrafiya Lambert 3 avqust 1958-ci ildə Nöyn-sür-Sen kommunasında anadan olub. Atası 2010-cu ilin 3 fevralında vəfat etmiş məşhur Paris Milli Teatrının aktyoru və rejissöru Jorje Vilsondur. Aktyorluq fəaliyyətindən əlavə Vilson həmçinin müğənni kimi də tanınır. O özünün ifası ilə bir neçə albom da buraxıb. 1997-ci ildə o Démons et merveilles 2004-cü ildə isə EMI leyblındə Musicals remeyk buraxır.

Rejissör kimi o paris teatrında «Les Caprices de Marianne» Alfreda de Müsssü pyeslərini də qoyub.

Vilson 1991-ci ildə məşhur brend Calvin Klein-in bir neçə reklam çarxında da iştirak edib. Həmin ili model Kristi Törlinqton ilə birlikdə Eternity parfümer brendininin reklamında da iştirak edib.

2006-cı ildə Lambert Vilsona Fransanın ali mükafatlarından biri İncəsənət və Ədəbiyyat üzrə zabit dərəcəsi ordeni təltif olunub.

Filmoqrafiya Culiya (1977) Jandarm və gəlmələr (film) (1979) — gəlmə The Rose of Versailles (1979) — əsgər Bum 2 (1982) — Feliks Mareşal Bir yayın beş günü (1982) — Yoxann Biari Səhra (1983) — Cəfər The Blood of Others (1984) — Paul Görüş (1985) — Kventin Les Possedes (film) (1988) — Stavrocin El Dorado (1988) — Pedro de Ursua Cefferson Parisdə (1995) — Markiz de Lafayet The Leading Man (1996) — Feliks Ueb Marquise (1997) — Jan Rasin On connaît la chanson (1997) — Mark Dyuveyer The Last September (1999) — Hüqo Mantqomeri Jet Set (2000) — Artus de Polinyak Din Kixot (2000) — Hersoq (telefilm, rejissör Peter Yates) Far from China (2001) — Jan-Pyer, rejissör C.S. Li) Matriks: Yenilənmə (2003) — Merovinqen Matriks: İnqilab (2003) — Merovinqen (Fransız) Zamanın tələsində (2003) — Lord Arnaut Pas sur la bouche (2003) — Erik Tompson Qadın-pişik (2004) — Corc Hedar Palais Royal! (2005) — Prins Arno Sahara (2005) — İv Massard Ürək (2006) — Dan Flawless (2007) — Finç Dante 01 (2008) — Sen-Corc Eramızın Babili (film) (2008) — Doktor Artur Darkandye Comme les autres (2008) — Doktor Emmanuil Bernye The Lazarus Project (2008) — Averi

İstinadlar

Xarici keçidlər Rəsmi vebsaytı'' Fan-sayt

Kateqoriya:Fransa aktyorları Kateqoriya:XX əsr aktyorları Kateqoriya:"İncəsənət və ədəbiyyat" ordeni komandorları Kateqoriya:XXI əsr aktyorları Kateqoriya:Baritonlar