The Best – Mike Chapman və Holly Knight tərəfindən bəstələnən və ilk dəfə Bonni Tayler tərəfindən ifa edilərək 1988-ci ildə Hide Your Heart albomunda satışa çıxarılan mahnı. Mahnının ikinci ifaçısı isə məşhur ifaçı Tina Törner olub. Mahnı məhz onun ifasında dünya şöhrəti qazanıb və sevilib. Mahnı xanım Turnerin 1989 – cu ildə çıxardığı Foreign Affair albomuna da adxil edilib. Tina Törnerin ifasını saksafonda müşayiət edən isə Edgar Winterdir.

Mahnı Tina Törnerin yaradıcılığında ən uğurlu və məşhur mahnılardan biridir. Mahnı Billboard Hot 100 – də on beşinci yerə kimi yüksələ bilib. Həmçinin Birləşmiş Krallıqda beşinci, Almaniyada isə dördüncü yerə qədər irəliləyib.

Turner 1992-ci ildə Jimmy Barneslə birgə mahnının duet versiyasını lentə aldırıb. Mahnı duet versiyada "Simply The Best" adlandırılıb.

Kompozisiyaları

7" Edit – 4:11 Album Version a.k.a. Extended 12" Mix – 5:28 Extended Mighty Mix – 6:35 Single Muscle Mix – 4:16 Extended Muscle Mix – 5:28 "(Simply) The Best" (With Jimmy Barnes, 1992) – 4:11 "(Simply) The Best" (Extended Mix) (With Jimmy Barnes, 1992) – 5:29

Xarici keçidlər YouTube – da klipini izlə

Kateqoriya:Bonni Tayler mahnıları Kateqoriya:Tina Törner mahnıları Kateqoriya:1989-cu ilin mahnıları Kateqoriya:Rok-balladalar Kateqoriya:Columbia Records sinqlları Kateqoriya:1989-cu ilin sinqlları Kateqoriya:1988-ci ilin mahnıları Kateqoriya:1988-ci ilin sinqlları Kateqoriya:1992-ci ilin sinqlları Kateqoriya:Futbol mahnıları və nəğmələri