Anna Qreki () — Əlcəzair yazıçısı.
Həyatı Əlcəzairdə doğulub böyümüş, milliyyətcə fransız olan qəribə taleli şairlərdən biridir. O, gənc yaşlarından Əlcəzairin istiqlaliyyəti uğrunda mübarizəyə qoşulmuş, təqib və həbs olunmuş, əzab çəkmişdir. Ölkə istiqlaliyyət qazandıqdan sonra Anna müxtəlif mətbuat orqanlarında çalışmış və fransız ədəbiyyatından dərs demişdir, lakin o, azad Əlcəzairə dördcə il xidmət edə bilib. 1966-cı ildə 35 yaşında ikən vəfat edib. Ölümündən əvvəl cəmi bir şeirlər kitabı və bir romanı çapdan çıxıb. İkinci şeirlər kitabı isə ölümündən az sonra nəşr olunub.
Mənbə Hamlet Qocayev, "Afrikada gördüklərim", Bakı, "Azərnəşr", 1986, səh. 89.
İstinadlar
Kateqoriya:Əlcəzair yazıçıları Kateqoriya:XX əsr Fransanın qadın yazıçıları