"GoldenEye" – James Bond seriyasından olan və 1995-ci ildə çəkilmiş "GoldenEye" filmində sonudtrack kimi istifadə edilmiş mahnı. Mahnı tanınmış pop musiqi ifaçısı Tina Törner tərəfindən ifa edilmiş və böyük uğur qazanmışdır.
Mahnının müəllifləri "Bono" və "U2" qrupunun üzvlərindən olan "The Edge" mahnını xüsusi olaraq Tina Törnerin ifası üçün yazmışlar. Mahnının aranjimanını isə tanınmış ingilis musiqiçisi və prodüseri Nellee Hooper öz öhdəsinə götürmüşdür.
Mahnı Tina Törnerin yaradıcılığında ən uğurlu mahnılardan biri olmuş, həm Avropada, həm də ABŞ-də çox böyük sevgi qazanmışdır. Mahnı "UK Singles Chart"da onuncu yerə qədər yüksələ bilmiş, bir çox Avropa ölkələrində isə il beşliyə daxil olmağı bacarmışdır.
İlk növbədə "GoldenEye (Original Motion Picture Soundtrack)" albomunda satışa çıxarılan mahnı daha sonra Tina Törnerin 1996-cı ildə çıxardığı "Wildest Dreams" albomuna da daxil edilmişdir.
Kompozisiyaları CD-Maxi GoldenEye (Single Edit) – 3:31 GoldenEye (A/C Mix) – 4:02 GoldenEye (Urban A/C Mix By Dave Hall) – 4:58 GoldenEye (Club Edit By Dave Morales) – 4:25
Digər versiyaları və remixləri Soundtrack album version/Wildest Dreams album version (U. S.) – 4:43 Single Edit/Wildest Dreams album version (Europe) – 3:31 A/C Mix – 4:02 Urban A/C Mix by Dave Hall – 4:58 Club Edit by David Morales – 4:02 Morales Club Mix – 10:00 Morales 007 Dub – 9:37 Morales Dub Of Bond – 5:36 Video Edit – 3:20
Xarici keçidlər
Kateqoriya:Tina Törner mahnıları Kateqoriya:1995-ci ilin mahnıları Kateqoriya:1995-ci ilin sinqlları