Şıxlı — Azərbaycan Respublikasının Füzuli rayonunun Aybasanlı kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Şıxılı kəndi Hacılı obasına aid olan yaşayış məskənlərdəndir. 1823-cü ildə Cavanşir qəzasının Yağləvənd, Gecəgözlü, Seyidəhmədli ərazilərinə bağlı olan ailələr tərəfindən salınıb. 1842-ci ildə kənd 15 evdən ibarət idi. 1848-ci ildə kəndə artıq 19 ailə yaşayırdı. 1863-cü ildə evlərin sayı 21 idi.1886-cı ildə kənddə 27 ev qeydə alınmışdı.
9 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Toponimikası Şıxlı oyk., sadə. Ağdaş r-nunun eyniadlı i.ə.v.-də kənd. Şirvan düzündədir; Dağətəyi ərazidədir. Oykonim qazax tayfasınm şıxlı tirəsinin adı ilə bağlıdır. Qazax r-nunda da Birinci Şıxlı və İkinci Şıxlı kəndləri var.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi
İqtisadiyyatı Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq olub.
Həmçinin bax Füzuli rayonu Şıxılı kənd icması Hacılı camaatı Cavanşir eli
Xarici keçidlər Azərbaycan Respublikası Füzuli Rayon İcra Hakimiyyəti
Mənbə Ənvər Çingizoğlu. Hacılılar. Bakı: "Soy" dərgisinin özəl nəşri, 2004, 238 səh.
İstinadlar
Kateqoriya:Füzuli rayonunun kəndləri