Əmir əl-Səffar — əslən iraqlı Amerika cazmeni
Əmir əl-Səffar əslən iraqlıdır. 1977-ci ildə Çikaqonun yaxınlığında, ABŞ-nin İllinoys ştatında anadan olub. Məktəb illərindən musiqi ilə məşğul olub, Çikaqonun De Paul Universitetində təhsil alıb. Sonra Nyu-Yorkda yaşayıb, cazı sevib. Truba alətində məşhur Daniel Barenboym və Sesil Teylorla konsertlər verib. Caz kompozisiyaları bəstələyib. Bacısı Dina əl-Səffar və onun həyat yoldaşı Tim Murla birlikdə "Salam" muğam üçlüyünü yaradıb. ABŞ dövlətinin ayırdığı qrantla Azərbaycan Milli Konservatoriyasında 3 ay muğam sənətini öyrənib.
İstinadlar
Kateqoriya:Cazmenlər Kateqoriya:ABŞ musiqiçiləri