Mustafayev Teymur Ağaxan oğlu () — Azərbaycan müğənnisi və xanəndəsi, Azərbaycan Respublikasının xalq artisti (2005). Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2003)

Həyatı Teymur Mustafayev 10 aprel 1939-cu ildə Astraxanbazar rayonunda anadan olmuşdur. Azərbaycan Dövlət Musiqi Məktəbində təhsil almışdır.

Sənət müəllimləri Seyid Şuşinski, Əhməd Bakıxanov olmuşdur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsilini davam etdirmişdir. 1964-cü ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur.

1978-ci ildən Azərbaycan Dövlət Konsert Birliyində, 1998-ci ildən Muğam Teatrında fəaliyyət göstərmişdir. Teymur Mustafayevin repertuarı muğam və təsniflərdən, xalq və bəstəkar mahnılarından ibarət olmuşdur.

Onun ifa etdiyi muğam və təsniflər AzTR Fondunda saxlanılır. Bir çox xarici ölkələrdə (Avropa ölkələrində, Ərəb ölkələrində, Rusiyada, Türkiyədə, İranda, Əfqanıstanda) qastrol səfərlərində olmuşdur.

T.Mustafayev Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə. 1982 ci ildə Azərbaycan SSR Əməkdar artisti fəxri adına, 2005 ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb.

2003 cü ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb

Teymur Mustafayev 11 iyun 2020-ci ildə Bakı şəhərində vəfat edib.

Filmoqrafiya Teymur Əmi (film, 2002) Muğanın Sarvanı (film, 2002) Bitməyən ömür (film, 2013)

İstinadlar

Xarici keçidlər Teymur Mustafayev

Kateqoriya:Azərbaycanın kişi müğənniləri Kateqoriya:Azərbaycan xanəndələri Kateqoriya:COVID-19 pandemiyasından Azərbaycanda vəfat edənlər Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:SSRİ müğənniləri Kateqoriya:Xanəndələr