Vladimir Qolitsin () — knyaz, senator, yazıçı, general-mayor, Napoleon müharibələrinin və Qafqaz yürüşlərinin iştirakçısı, Puşkin və Lermontovun tanışı, tanınmış musiqisevər və musiqiçi.

Həyatı Vladimir Sergeyeviç Qolitsin çar hərbi naziri Barklay de-Tolinin adyutantı idi. Onun sərəncamı ilə Qafqaza gəlmişdi. O, Yeger polkunun komandiri idi. Qafqazda ilk dəfə olaraq bu polk Qarabağda məskən salmışdı. Əlbəttə, bu xüsusi məqsəd daşıyırdı. Belə ki, Azərbaycanın hər hansı bir yerində çarizmin siyasətinə qarşı bir hadisə baş versəydi bu polkun qüvvəsindən istifadə olunurdu. Bu polkun hissələri Azərbaycanın demək olar bir çox rayonlarında olmuşdu. V. S. Qolitsinin göstərişinə əsasən günahsız müsəlman əhalisinə divan tutulur, hətta dar ağacından belə istifadə olunurdu. 1827-ci ildə ali baş komandan İrəvan xanının İranla əlaqə saxladığını bilən kimi, digər işğalçılarla birlikdə general V. S. Qolitsinin hissəsini də ayağa qaldırdı. İrəvan döyüşündə iştirak edən V. S. Qolitsin Sərdərabadda günahsız qanlar axıtdı. O burada da özünəməxsus iyrənc əməllərini işə saldı. Baş komandan onu burada hərbi komendant təyin etdi. Hərbi komendantlıq öz siyasətini həyata keçirməkdə ona geniş imkan yaratdı. Ermənilər bu generalın qılığına girərərək İrəvanda istədikləri siyasəti həyata keçirməyə başladılar.

Vladimir Sergeyeviç İrəvanda erməni kilsələrinin tikilməsi ideyasının əsas təşkilatçılarından biri idi.

İstinadlar

Ədəbiyyat Охотин Н. Г. ГОЛИ́ЦЫН Владимир Сергеевич // Русские писатели, 1800–1917 : Биографический словарь / гл. ред. П. А. Николаев. — М. : Сов. энциклопедия, 1989. — Т. 1 : А—Г. — С. 607. — 672 с. — (Сер. биогр. словарей: Русские писатели. 11–20 вв.). — 100 000 экз. — ISBN 5-85270-011-8. Kateqoriya:1794-cü ildə doğulanlar Kateqoriya:1849-cu ildə vəfat edənlər