Elmir Mirzəyev (16 noyabr 1970) — bəstəkar, musiqişünas və publisist, bir çox müasir musiqi layihələrinin təşkilatçısı, SoNoR müasir musiqi ansamblının yaradıcısı və bədii rəhbəri (1995–2005).
Təhsili Bakı Musiqi Akademiyasını bəstəkarlıq sinfi üzrə 1994 və aspiranturanı 1998-ci ildə (prof. Fərəc Qarayevin sinfi) bitirmişdir. 1994-cü ildə bəstəkarlar James Dillon və Ole Lützow-Holm’un rəhbərliyi altında Göteborgda (İsveç) ixtisaslaşma keçmiş, 1999-cu ildə Appeldoornda (Hollandiya) Louis Andriessen, Michael Smetanin və Ensemble de Ereprijs tərəfindən təşkil edilən Gənc Bəstəkarların V Görüşünün iştirakçısı olmuşdur. 2004-cü ildə Franz Liszt adına Weimar Konservatoriyası nda gənc bəstəkarların seminarının, 2006-cı ildə alman bəstəkarı Karlheinz Stockhausenin Kürtendəki ustad kurslarının iştirakçısı olmuşdur.
Fəaliyyəti Elmir Mirzəyev 1998-ci ildən 2002-dək Bakı Musiqi Akademiyasında müəllim, 2005/2007-ci illərdə sərbəst müasir musiqi kursları təşkil etmişdir. 1995-ci ildə postvoset dövrünün ilk müasir musiqi kollektivi olan SoNoR ansamblı sənət dostları — pianoçu Samir Mirzəyev, klarnetçi Nizami Zeynalov və gitaraçı Rövşən Məmmədov ilə birlikdə yaratmışdı. SoNoR (1998-ci ildən müasir musiqi təşəbbüs mərkəzi kimi) 2005-ci ilə kimi fəaliyyət göstərmişdi.
2007-ci ilin payızında DAAD proqramı çərçivəsində professor York Höllerin dəvəti ilə Köln Konservatoriyasında 1 semestr dərs demişdir. Tiflis Dövlət Konsevatoriyası/Gürcüstаn (1999), Praqa Müasir Musiqi Marafonu/Çexiya (1999), Özbəkistan Bəstəkarlar İttifaqıda (2000), Krakov Universitetində/Polşa (2001), Drezden Müasir Musiqi Mərkəzi/Almaniya (2003), Van Universitetində/Türkiyə (2004) Köln Konservatoriyasında (2007), Berlinin Alexander von Humboldt Universitetində mühazirələri keçirilmişdir.
Azərbaycanda müasir musiqiyə həsr olunmuş konsertlər, tədbirlər və müxtəlif konseptual layihələr yaratmışdır. Bəstəkar bundan əlavə digər ziyalı yazıçı və musiqiçiləri, yaratdığı "Kultura.az — Mədəniyyət və İncəsənət portalı" nda bir yerə toplayaraq ictimai həyatda müasir mədəniyyəti daha da dəstəkləməyə və onun təbliğini genişləndirməyə başlamışdır. 2001-ci ildən publisist kimi nəşr edilir, dərc edildiyi nəşrlər: "Музыкальная Академия" jurnalı, "Musiqi Dünyası" jurnalı, "Бакинские Ведомости" qəzeti, "Alma" qəzeti, "Demokrat" qəzeti, "Day.az" portalı, "SouthCaucasus portalı ", "Alatoran" jurnalı, AzLogos portalı və s.
Nailiyyətləri Tələbələri, Məhəmməd Ənsari və Firudin Allahverdi bəstəkarlıq üzrə beynəlxalq müsabiqələrdə yüksək yerlər qazanmışlar.
P. İ. Yurqenson adına Gənc Bəstəkarların III Beynəlxalq Müsabiqəsi, Moskva/Rusiya, 2005
"Zərb ansamblı" kateqoriyasında
II mükafat: Məhəmməd ƏNSARİ (Təbriz) – "Stress without control" solo marimba üçün (I mükafat — təltif edilməmişdir)
IV Pre-Art Bəstəkarlıq Müsabiqəsi Bern/İsveçrə, 2008
I Mükafat: Firudin Allahverdi (Bakı) — "Paradoxes"
Layihələri 1996-cı ildən 11 beynəlxalq layihənin təşkilatçısı (o cümlədən "SoNoR Tellər – Mədəniyyətlər…Təmaslar…" beynəlxalq Müasir və Ənənəvi Musiqi Festivalı, "Asiya Bayramı" beynəlxalq Ənənəvi Şərq Musiqisi Festivalı, Avropa Bəstəkarlarının III Qeyri-Formal Görüşü, "Rəmzdən Öncə" Müasir İncəsənət Festivalı, "Fəyyum Portretləri I", "Fəyyum Portretləri II", və s.).
Əsərləri 1994/2009-cu illərdə Almaniya, Fransa, Hollandiya, Belçika, İtaliya, İsveçrə, İsveç, Çexiya, Polşa, Bolqarıstan, Türkiyə, Estoniya, Rusiya, Ukrayna, Moldova, Gürcüctan, Özbəkistan, İndoneziya, Monqolustan, Yaponiya, ABŞ və Meksikada keçirilən müxtəlif beynəlxalq festivalların (habelə beynəlxalq görüşlər, konfranslar, simpoziumlar və s.) iştirakçısı olmuş və əsərləri ifa edilmişdir. Əsərlərini səsləndirmiş dirijorlar | Rauf Abdullayev | Fəxrəddin Kərimov | Fuad İbrahimov | Yaşar İmanov | Bernhard Wulff | Peter Keuschnig | Roland Freisitzer | Dragomir Yossifov | Einar Nielsen | Wim Boerman | Fritz Voeglin | Volodymyr Runchak | Kazufumi Yamashita | Igor Dronov ……………və başqalarıƏsərlərini ifa etmiş kollektivlər | Üz. Hacıbəyov ad. Azərbaycan Dövlət Simfonik Orkestri | Qara Qarayev ad. Dövlət Kamera Orkestri | Tokio Filarmonik Orkestri | Bazel Simfonik Orkesrti | Freiburg Percussion Ensemble | Ensemble Reflexion K | Seattle Chamber Players | Ensemble de Ereprijs | Ensemble Accroche Note | Icarus Ensemble | Ensemble MW2 | Ensemble Musica Nova | TaG Ensemble | Studio for New Music ……………və başqalarıƏsərlərini çap etmiş nəşriyyatlar | SORDINO Ediziuns Musicals | Stradiva Edizione Musicale | Yeni Musiqi | Edition Musik Fabrik
Əsərlərin siyahısı 2011 "L'identification de la vengeance d'Eurydice" [Evridikanın qisasının identifikasiyası] Bass fleyta və fleta, 4 zərb alətləri ifaçısı və multimedia üçün Instrumental Musiqi Teatrı
2010 "Die schwerfälligste ästhetische Erfahrung von der verschwundene Lärm der Schoenheit" [Gözəlliyin itirilmiş səs-küyünün verdiyi ağır estetik təcrübə]
Violin və kamera orkestri üçün Sinfonia
2009 Die Flucht aus der Zeit [zamandan qaçış] (9 dəq.) 4 solist və böyük ansambl üçün (orkestr versiyası da mövcuddur) İlk ifa:, Sylvia Nopper (soprano) & aequatuor ensemble (İsveçrə) və Gürcüstan Milli Orkestri, dir. Ruben Asatryan, :Tiflis/Gürcüstan, 09.04. 2010 "Convergence" layihəsi
2008 İlluminasiya (17 dəq.) BSO üçün İlk ifa: Gənc Filarmoniya Orkestri, dir. Fuad İbrahimov, Berlin/Almaniya, 15.08. 2008 "Young. Euro. Classic" Festivalı Anarixaynın dağımış dünyasının xəyali təəsüratı (6 dəq.) bass fleyta, bass klarnet, zərb alətləri, violin, violonçel və musiqi mərkəzi İlk ifa: Seattle Chamber Players Ensemble Reflexion K (ABŞ), dir. Julia Tai, Sietl/ABŞ, 25.01.2009 "Silk Road Modern" Festivalı
2006 Die gestorbene Zeit des Idealismus [İdealizmin ölmüş zamanı] (9 dəq.) fleyta, akkordeon, arfa, violonçel və musiqi mərkəzi İlk ifa: Ensemble Reflexion K (Almaniya), Eckernförde/ Almaniya, 23.09.2006 "Emil Nolde" Layihəsi, rəssamı ölümünün 50 illiyinə ithaf edilmişdir Black room [Qara otaq] (9 mins.), film, rejissor Nonna de Gubek (orijinal soundtrack Elmir Mirzəyev) İlk nümayiş: Beynəlxalq Audiovisual Festival, Bakı/Azərbaycan, 02.11.2006 Piano üçün 5 üslub (12 dəq.) piano solo İlk ifa: Gülşən Ənnağıyeva, Moskva/Rusiya, 16.12.2006
2005 Candentia II [Bərq] (6 dəq.) simli orkestr (5;5;4;3;1), piano/zərblilər üçün İlk ifa: QaraQarayev ad. Dovlət Kamera Orkesti, dir. Vladimir Runçak, Bakı/Azərbaycan, 11.10.2007 "Zamanla üz-üzə" Layihəsi Fəyyum Portrləri II (12 dəq.) soprano, ingilis nəfiri, teobre, musiqi mərkəzi və videoinstallyasiya İlk ifa: Ensemble aequatuor (İsveçrə), Bakı/Azərbaycan, 19.04.2005 "Fəyyum Portretləri II" Layihəsiı
2004 Fəyyum Portrləri (6 dəq.) bass fl. (və ya fleyta), zərb alətləri, arfa, vçl. və musiqi mərkəzi Ensemble Reflexion K (Germany) İlk ifa: Ensemble Reflexion K (Almaniya), Bakı/Azərbaycan, 25.06.2004 "Rəmzdən Öncə" Beynəlxalq Müasir İncəsənət Mini-Festivalı … SoNoR Ansambl "Fəyyum Portretləri" Layihəsiı … Sensus Ansamblı (Gürcüstan) "saqARTvelo" Müasir Musiqi Günləri
2003 Todesfuge (10 dəq.) Mətn: Paul Celan (1920–1970) 4 ifaçı: 2 soprano, 2 kontrabas və zərb alətləri üçün Accroche Note Assosiasiyasının sifarişi ilə (Strasburq/Fransa) İlk ifa: Accroche Note Ansamblı (Fransa) və MW2 Ansamblı (Polşa), Dresden/Almaniya, 05.10.2003 17. Dresdner Tage der zeitgenössischen Musik Festivalı Nəşr: SORDINO Ediziuns Musicals (İsveçrə) Ayin II (9 dəq.) səntur və 4 zərb alətləri ifaçıları üçün Frayburq Ali Musiqi Məktəbinin sifarişi (Almaniya) İlk ifa: Babək Daneşvər/səntur (İran) və Frayburq Zərb Alətləri Ansamblı, Frayburq /Almaniya, 11.12.2003 30. Jubiläum des Schlagzeugensembles der Freiburger Musikhochschule
2002 4 Mahnı [Azərbaycan Xalq Mahnılari] (18 dəq.) 9 üçün işlənməsi: soprano, fl., kl./bas kl./balaban, git., zərb alətləri (2 ifaçı), pno., sintezator, vçl. İlk ifa: SoNoR Ansamblı, dir. Bernhard Wulff, Bakı/Azərbaycan, 17.02.2002 "SoNoR Çarpaz Yollarla" Alman-Azərbaycan Müasir Musiqi Layihəsi Sarı Gəlin [Azərbaycan Xalq Mahnısi] (5 dəq.) 4 ifaçı üçün işlənməsi: soprano, fleyta, gitara və zərb alətləri İlk ifa: SoNoR Ansamblı, Ulan-Bator/Monqolustan, 10.06.2002 "Dırnaqlıların Hayqırtısı" Beynəlxalq Müasir İncəsənət Festivalı Ayin (9 dəq.) 4 zərb alətləri ifaçıları üçün Bernhard Wulff və Frayburq Zərb Alətləri Ansamblının sifarişi ilə İlk ifa: Frayburq Zərb Alətləri Ansamblı (Almaniya), Bakı/Azərbaycan, 20.02.2003 "SoNoR Tellər – Mədəniyyətlər…Təmaslar" Beynəlxalq Müasir və Ənənəvi Musiqi Festivalı
2001 Rəmzi Üçkünc Çarpazlaşma (12 dəq.) klarnet/bas klarnet, viola və piano üçün Trio Obscura və Staffan Martenssonun (İsveç) sifarişi ilə Bəyaz Dairələr (6 dəq.) klarnet və kaman üçün İlk ifa: SoNoR Ansamblı, Bakı/Azərbaycan, 02.06.2001 "Keçmiş əsrdən Yeni Musiqi" Beynəlxalq Müasir İncəsənət Festivalı "Young. Euro. Classic." Beynəlxalq Musiqi Festivalı, Berlin/Almaniya …ALEA Ansamblı (Makedoniya) "13 Miedzynarodowe Dni Kompozytorow Krakowskich" Beynəlxalq Müasir Musiqi Festivalı
2000 Görünsülər və Əks-səda (12 dəq.) 7 ifaçı üçün: Zeitkunst — Avstriyanın Müasir İncəsənətə Dəstək Cəmiyyəsinin sifarişi ilə İlk ifa: SoNoR Ansamblı, dirijor Peter Keuschnig, Bakı/Azərbaycan, 16.09.2000 … SoNoR Ansamblı, dirijor Roland Freisitzer "November Music" Beynəlxalq Müasir Musiqi Festivalı Festivalı (Almaniya, Hollandiya və Belçika)
1999 Еkspromt (3 dəq.) 10 ifaçı üçün İlk ifa: Ensemble De Ereprijs, dir. Wim Boerman, Apeldoorn/Hollandiya, 18.02.1999 Gənc Bəstəkaların V Görüşü Layihəsi Bahar (5 dəq.) 2 variantda: 1) 6 alət üçün: bas klarnet, alt saxsafon, faqot, valtorna, zərb alətləri və orqan 2) 8 alət üçün: bas fleyta, bas klarnet, faqot, valtorna, zərb alətləri, kaman, viola və violonçel İlk ifa: Paul Wehage/saksofon (Fransa) və kiçik ansambl, Bakı/Azərbaycan, 19.03.1999 Orkestr üçün 7 dəqiqə (7 dəq.) BSО üçün 3;3;3;3; 4;3;3;1; 4 perc.; hrp., 14,12,10,8,6 İlk ifa: Bazel Simfonik Orkestri, dir. Bernhard Wulff, Bazel/İsveçrə, 27.01. 2001 "İpək Yolu Səsləri" Layihəsi …Tokio Filarmonik Orkestri, dir. Kazufumi Yamashita Asyia Musiqisi Festivalı, Tokio/Yaponiya Nəşr: SORDINO Ediziuns Musicals (İsveçrə)
1998 Qara QARAYEV (1918–1982) Prelüdlər VII, VIII, XV, XVI, XXIV (1957–65) 4 ifaçı üçün işlənməsi: klarnet /bas klarnet, zərb alətləri, arfa, violonçel İlk ifa: SoNoR Ansamblı, Bakı/Azərbaycan, 13.05.1998 ReAKSIYA (6 dəq.) bas klarnet, zərb alətləri, piano və musiqi mərkəzi İlk ifa: SoNoR Ansamblı, Tbilisi/Gürcüstan, 20.01998 "GIFT" Beynəlxalq Müasir İncəsənət Festivalı …Icarus Ansamblı (İtaliya) Festival Musica in Irpina & Festival Spaziomusica (İtaliya) Festival Internacional Cervantino, Mexico (Meksika) Nəşr: Stradiva Edizione Musicale (İtaliya) ŞUR muğamı [Möhlət Müslümovun ifasında (tar) nota köçürülmüşdür] Nəşr: "Yeni Musiqi" (Azərbaycan) JUStACRUM (10 dəq.) 10 ifaçı üçün İlk ifa: SoNoR Ansamblı, dirijor Roland Freisitzer, Bakı/Azərbaycan, 18.12.1998
1997 …Also, Sie sind gekommen [Nəhayət ki, gəldiniz] (8 dəq.) Mətn: Lu Andreas Salome (1861–1937) 7 ifaçı: soprano, bas klarnet, zərb alətləri, gitara və piano YUĞ Theatrının sifarişi ilə İlk ifa: SoNoR Ansamblı, Bakı/Azərbaycan, 25.01.1997 Guillaume de MACHAUT (1300–1377) 7 Motet (30 dəq.) 7 ifaçı üçün işlənməsi: soprano, fleyta, klarnet, faqot, valtorna, arfa, violonçel İlk ifa: SoNoR Ansamblı, dir. Məsud Kazımzadə, Bakı/Azərbaycan, 04.10.2004 Üç хatirə (15 dəq.) gitara solo Christoph Jаeggin və Pro Helvetia və Mədəniyyəs Foundunun sifarişi ilə (İsveçrə) İlk ifa: Christoph Jаeggin, Winterthur/İsveçrə, 26.05.1998
1996 Beyin və əllər üçün kiçik bir məşğuliyyət (15 dəq.) 2 ifaçı və 7 aləs üçün (piano və zərb alətləri) Jacqueline Ott və Pro Helvetia Mədəniyyət Foundunun sifarişi ilə (İsveçrə) İlk ifa: Asia Musiqisi Həftəsi, Yogyakarta/İndoneziya,05.09.1999 Təsbeh Oyunu (14 dəq.) BSО üçün (3,2,3,3; 4,2,3,1; 4 zərb.; piano; arfa; 14;12;10;8;6)
1995 Candentia [Bərq] (12 dəq.)