Sonasar — Azərbaycan Respublikasının Laçın rayonunun Sonasar kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Sonasar kəndi Qarabağ yaylasındadır. XIX əsrdə Hocaz kəndinı məxsus binə yeri olmuşdur. Sonralar həmin kənddən ayrılmış ailələr burada daimi məskən salmışlar. Tədqiqatçiların fikrincə, Sonasar oykonimi Sona ( yaşılbaş) və sar (“yırtıcı quş”) sözlərindən ibarətdir.

1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.

İqtisadiyyatı Əsas təsərrüfatı heyvandarlıq idi.

Təhsil Azərbaycan Respublikası Prezidentinin 16 fevral 2018-ci il tarixli Sərəncamı"Ağdam, Laçın, Füzuli və Tərtər rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 16 fevral 2018-ci il tarixli Sərəncamı. president.az ilə Laçın rayonu Sonasar kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması üçün 285 000 manat vəsait ayrılmışdır"Ağdam, Laçın, Füzuli və Tərtər rayonlarında quraşdırılması nəzərdə tutulan modul tipli məktəblərin siyahısı" . president.az .

İstinadlar

Kateqoriya:Laçın rayonunun kəndləri