Abdulhakim İsaxoviç İsmayılov (, ; ) — Böyük Vətən müharibəsi zamanı Berlinin alınmasını simvolizə edən qırmızı bayrağı Reyxstaqa sancmış şəxs.
Ömrünün sonuna qədər Dağıstanda – doğma kəndi Xasavyurtda yaşamış veteran müharibə dövründə 1-ci Belarus cəbhəsinin 8-ci qvardiyasının 83-cü atıcı kəşfiyyat rotasında qulluq edib.
Təqdim olunan şəkildə Reyxstaqa bayrağı məhz İsmayılovun sancdığı 1990-cı ildə üzə çıxıb. O zaman fotoqrafçı Yevgeni Haldey tərəfindən çəkilmiş bu fotonun sirrinin açılmasından sonra İsmayılova Rusiya Qəhrəmanı adı verilib.
Bayraq sancılan zaman İsmayılovun yanındakı 2 şəxsdən biri, kiyevli Aleksey Kovalyov 1997-ci ildə vəfat edib. Digər şəxs isə Minskdən olan Leonid Qoriçevdir. O, döyüşlər zamanı aldığı yara üzündən müharibə bitdikdən bir müddət sonra ölüb.
Abdulhakim İsmayılov 2010-cu ildə 93 yaşında vəfat edib.
İstinadlar
Xarici keçidlər Reyxstaqa qırmızı bayraq sancmış İsmayılov öldü
Kateqoriya:Dağıstan uzunömürlüləri Kateqoriya:SSRİ-Finlandiya müharibəsi (1939-1940) iştirakçıları Kateqoriya:Böyük Vətən müharibəsi iştirakçıları Kateqoriya:İkinci Dünya müharibəsində SSRİ hərbçiləri Kateqoriya:SSRİ çavuşları