Prussiyalı Luiz Ferdinand Oskar Kristian (; ) — Hohensollern şahzadəsi.

Həyatı 25 avqust 1944-cü ildə indiki Polşa ərazisində dünyaya gəldi. Atası son Prussiya kralı və Alman imperatoru II Vilhelmin nəvəsi vəliəhd Luiz Ferdinand, anası isə böyük knyaz Kiril Vladimiroviçin qızı Kira Kirilovnadır.

İkinci Dünya müharibəsinin ardından 1947-ci ildə Bremendə məskunlaşdılar. Burada dövlət gimnaziyasında təhsil aldı. Babası vəliəhd-şahzadə Vilhelmin 1951-ci ildə vəfatından sonra atası Hohensollern sülaləsinin ailə başçısı ünvanını aldı.

1966-cı ildə qardaşı Mixail Luiz, 1967-ci ildə isə digər qardaşı Fridrix Vilhelm qeyri-monarxial evliliklər etdilər və beləcə, taxt hüquqları əlindən alındı. Nəticədə, atasının birinci varisi oldu.

1967-ci ilin aprelində icbari hərbi xidmətə yollandı. Ancaq 18 aylıq hərbi xidmətin ardından hərbi karyerasını davam etdirdi.

24 may 1975-ci ildə Kastelli Donata ilə evləndi. Cütlüyün bu nigahdan 2 övladı doğuldu.

15 may 1977-ci ildə hərbi təlim zamanı baş verən qəza nəticəsində ağır yaralandı. Dərhal Bremendəki hospitala aparıldı və sol ayağı amputasiya edildi. Ancaq qarın boşluğundakı qanama səbəbilə 11 iyulda vəfat etdi.

Gənc yaşda vəfatının ardından, atasının varisliyi yeganə oğlu Georq Fridrixə miras qaldı. O əsnada hamilə olan xanımı isə 5 ay sonra bir qız uşağı dünyaya gətirdi.

Şəcərəsi ÖvladlarıDoğum tarixiÖlüm tarixiEvliliyiNəvələriGeorq Fridrix Ferdinand10 iyun 1976 - (50 yaşında)Sofiya İohanna Mariya von İsenburq (25 avqust 2011)Karl Fridrix Frans Aleksandr (2013-)Luiz Ferdinand Kristian Albrext (2013)Emma Mariya Şarlotta Sofiya (2015-)Heinrix Albert İohann Georq (2016-)Korneliya Sesilya Viktoriya Luiza30 yanvar 1978 - (48 yaşında) - -

Mənbə

Ədəbiyyat

Genealogisches Handbuch des Adels, Fürstliche Häuser XIV. "Haus Preußen". C.A. Starke Verlag, 1991, pp. 123, 133-134, 145-146. (German). ISBN 978-3-7980-0843-4 Eilers, Marlene A. (1987). Queen Victoria's Descendants. Baltimore: Genealogical Publishing Co. ISBN 978-0-8063-1202-6 MacDonogh, Giles (2003). The Last Kaiser: The Life of Wilhelm II. New York City: St. Martin's Griffin. ISBN 978-0-312-30557-4

İstinadlar