thumb|359x359px|Keçmiş Çin Xarici İşlər Nazirliyinin sözçüsü Zhao Lijian, "canavar-döyüşçü diplomatları"nın aparıcı nümayəndələrindən biri hesab edilir Canavar-döyüşçü diplomatiyası () — dövlətin xarici siyasətdə və beynəlxalq münasibətlərdə daha sərt, aqressiv, millətçi və tənqidi tona üstünlük verdiyi siyasi və diplomatik üslub.
2010-cu illərin sonu — 2020-ci illərin əvvəllərində Çin Xalq Respublikası diplomatları bu qarşıdurma xarakterli ictimai diplomatiya formasını tətbiq edirlər. Bu ifadə Çinin döyüş filmi franşizası olan Qurd döyüşçüsü (2015) və onun 2017-ci ildə çəkilmiş davamı ilə bağlıdır. Analitiklər bu diplomatiya üslubunu məcburetməyə əsaslanan yanaşma kimi səciyyələndirirlər; o, həm "Çinin dinc yüksəlişi" narrativindən, həm də əməkdaşlıq ritorikasına və mübahisələrdən yayınmağa üstünlük verən diplomatik təcrübələrdən fərqlənir. Sonuncular çox vaxt Taoguang Yanghui adlandırılır; maliyyə yardımı (çek diplomatiyası), COVID-19 maskaları kimi tibbi ləvazimatların təqdim edilməsi (tibbi diplomatiya) və panda diplomatiyası da belə təcrübələrdəndir.
Qurd döyüşçüsü diplomatiyası çox vaxt qarşıdurma xarakteri daşıyır. Onun tərəfdarları sosial mediada və müsahibələrdə Çin hökumətinə, hakim Çin Kommunist Partiyasına (ÇKP) və əlaqəli siyasətlərə yönəlmiş, onların qənaətinə görə, tənqidləri açıq şəkildə pisləyirlər; bəzən opponentləri ilə fiziki toqquşmalara və ya digər məcburetmə formalarına əl atırlar. Qurd döyüşçüsü diplomatiyası ÇKP-nin baş katibi Xi Jinpingin beynəlxalq siyasətdə Çinin "diskurs gücünü" artırmaq cəhdlərinin tərkib hissəsi və Qərb dünyası ilə ideoloji mübarizənin təzahürü kimi qiymətləndirilib. Onun meydana çıxmasına səbəb kimi ümumilikdə Si Cinpinin xarici siyasəti, Çin hökumət rəsmilərinin Qərbdə Çinə qarşı olduğunu düşündükləri düşmənçilik və Çin diplomatik bürokratiyasındakı dəyişikliklər göstərilib. Şərhçilər qurd döyüşçüsü diplomatiyasının 2020-ci illərin əvvəlində zirvəyə çatdığını, sonradan isə zəiflədiyini qeyd edirlər.
Tarix
Diplomatik üslubun dəyişməsi Den Syaopin 1970-ci illərin sonlarında Mao Tsedunun ölümündən sonra hakimiyyətə gəldikdə, xarici siyasətini tāoguāng-yǎnghuì prinsipi ilə ifadə etmişdi. O, mübahisələrdən yayınmağı və əməkdaşlıq ritorikasından istifadəni önə çəkirdi. Əslində gücünü üzə çıxarmadan münasib məqamı gözləmək mənasını verən bu ifadə Denin strategiyasını belə ümumiləşdirirdi: "Sakitcə müşahidə etmək, mövqeyimizi möhkəmləndirmək, məsələləri təmkinlə həll etmək, imkanlarımızı gizlətmək və münasib vaxtı gözləmək, aşağı profilli siyasət yürütməyi bacarmaq və heç vaxt liderliyə iddia etməmək."
2009-cu ildə Çin balıqçılıq fəaliyyətini, dəniz patrullarını, hərbi mövcudluğunu, turizmin inkişafını və BMT çərçivəsindəki iddialarını artırmaq da daxil olmaqla, diqqətəlayiq addımlar atmağa başladı. Qonşu ölkələrlə diplomatik tonu qoruyaraq, ərazi bütövlüyünü müdafiə etmək əzmini nümayiş etdirdi. Bununla belə, Amerika Birləşmiş Ştatları haqqında açıqlamalar daha sərt idi; ABŞ-ın iddiaları "tamamilə qeyri-dəqiq" və "açıq-aşkar yalan" adlandırılırdı. Bu dəyişiklik, xüsusilə Cənubi Çin dənizi mübahisəsi ilə bağlı, "Çinin daha iddialı davranışının" başlanğıcı oldu. Təxminən 2010-cu ildən etibarən alimlər Çin diplomatik üslubundakı bu dəyişikliyə diqqət yetirməyə başladılar.
2011-ci ildən etibarən Cənubi Çin dənizi ilə bağlı müzakirələr genişləndi: Çin daha qəti mövqe tutaraq fəaliyyətini artırdı, Filippin kimi digər ölkələr isə öz iddialarını irəli sürmək üçün hüquqi tədbirlərə və dəniz patrullarına əl atdılar. ABŞ-ın bu məsələ ilə bağlı bəyanatları "həqiqətə uyğun olmayan və məsuliyyətsiz açıqlamalar" kimi rədd edilir, ABŞ Cənubi Çin dənizində mənfi xarici təsir kimi təqdim olunurdu.
Çin rəsmilərinin ABŞ haqqında rəsmi çıxışlarında ifadə olunan münasibət Çin liderləri Hu Jintao və Xi Jinpingin rəhbərlik etdiyi iki dövr üzrə təhlil edilə bilər. 2012-ci ilə qədər münasibət yaxşılaşmış və 2011-ci ildə ən yüksək səviyyəsinə çatmışdı. Xi Jinpingin baş katibliyi dövründə isə, xüsusilə 2018-ci ildən sonra, mənfi münasibət artmış və ən aşağı səviyyəyə enmişdi.
Çin ictimai diplomatiyasında iddialı millətçi ritorika əvvəllər də mövcud idi, lakin qurd döyüşçüsü diplomatiyası pərdəarxası fəaliyyətə, mübahisələrdən yayınmağa və beynəlxalq əməkdaşlıq ritorikasına üstünlük verən əvvəlki Çin xarici siyasətindən uzaqlaşma kimi qəbul olunur. Bu yanaşma Çinin beynəlxalq diplomatiyada "gücünü gizlətməli olduğu" barədə tezislə ifadə edilirdi. ictimai diplomatiyadakı bu dönüşü Çin hökumətinin və ÇKP-nin həm dünyanın qalan hissəsi, həm də ölkə daxilindəki auditoriya ilə münasibətlərində taktiki dəyişiklik kimi anlamaq olar. Çin diasporunun mövcudluğu səbəbindən, Çinin ictimai diplomatiyası Çin Xalq Respublikasından kənarda yaşayan çindilli auditoriyalara getdikcə daha çox yönəlib.
Xi Jinpingin diplomatiya haqqında düşüncəsi (2017) Çinin dünya səhnəsində daha fəal rol oynamasını, o cümlədən Qərblə açıq ideoloji mübarizəyə qoşulmasını legitimləşdirmişdi.
2002–2020-ci illərdə Xarici İşlər Nazirliyinin on bir sözçüsü mətbuat konfransları keçirib. Ən çox suala cavab verən Hua Chunying olub — 4 000-dən çox cavab; onun ardınca 2 000-dən çox cavabla Qin Gang, Lu Kang və Hong Lei gəlib.
Geniş yayılması zhan-lang-waijiao ifadəsi (2019-cu ilin ikinci yarısında, 13 iyul 2019-cu ildə Twitterdə Zhao Lijian və Susan Rice arasında baş vermiş kəskin mübahisədən sonra Çin mediasında işlənməyə başladı. 2019-cu ilin avqustunda Zhao Lijian Çinin Xarici İşlər Nazirliyinin İnformasiya Departamentinin direktor müavini vəzifəsinə yüksəldildi. COVID-19 pandemiyası dövründə Çin diplomatiyasına dair təhlillərə görə, Çin rəsmiləri beynəlxalq tənqidlərə daha sərt cavab verdikcə qurd döyüşçüsü diplomatiyası son illərdə daha aqressiv xarakter almışdı.
2020-ci ilin fevralında Zhao Lijian Xarici İşlər Nazirliyinin sözçüsü oldu və Çin mediası onu "internet məşhuru" və "qurd döyüşçüsü diplomat" kimi təqdim etdi.
Bloomberg News müxbiri Peter F. Martinə görə, "COVID-19 pandemiyası başlayandan sonra Çin diplomatları özlərini hücuma məruz qalmış hiss edir, eyni zamanda ölkələrinin böhranı idarə etmə üsulu ilə fəxr edirdilər. Özünəinamla artan etibarsızlıq hissinin bu yeni qarışığı bizim indi qurd döyüşçüsü diplomatiyası adlandırdığımız yanaşmanı yaratdı."
"Qurd döyüşçüsü diplomatiyası" ifadəsi Qərb mediasında ilk dəfə, ehtimal ki, 2020-ci ilin mayında işlədilib. 2020-ci illərin əvvəlindən Qərb mediasında bu ifadə Çin diplomatlarının qarşıdurma ritorikasından istənilən istifadə formasını, dezinformasiya taktikalarını, məcburedici davranışı, eləcə də hökumətə və onun siyasətinə yönələn tənqidlərə açıq və sərt cavab vermək, mətbuat konfranslarında, xarici media ilə müsahibələrdə və sosial şəbəkələrdə mübahisəli mövzular yaratmaq istəyinin artmasını təsvir etmək üçün işlədilir.
2020-ci ilin mayında Wang Yi Çinin "heç vaxt dava salmayacağını və başqalarına təzyiq göstərməyəcəyini", lakin "qəsdən edilən istənilən təhqirə cavab verəcəyini" və "əsassız böhtanları təkzib edəcəyini" bildirmişdi. Dekabrda Hua Chunying mətbuat konfransında belə demişdi: "[Çin] həqiqəti söyləmək hüququna malik deyil, amma başqaları Çinə böhtan atmaq, hücum etmək, onu gözdən salmaq və incitmək hüququna malikdir — bunu necə düşünmək olar? … Onlar ölkəyə uydurma ittihamlarla vicdansızcasına hücum edərkən, Çinin quzu kimi susmaqdan başqa seçimi olmadığınımı düşünürlər?" thumb|312x312px|Qurd döyüşçüsü 2 filminin çəkiliş meydançasında Wu Jing 2020-ci ilin dekabrında Pekindəki Renmin Universitetində keçirilən konfransda çıxış edən xarici işlər nazirinin müavini Le Yucheng Qərb mediasında digər ölkələrin "danlaqlarına cavab vermək problemini həll etməyin" yolu kimi "ritorik qarşılıqlı cavab" taktikasını müdafiə etmiş şəxs kimi təqdim olundu. O, bu cür aqressiv ritorikadan istifadə edən Çin diplomatlarını təsvir etmək üçün Qərb mediasının "qurd döyüşçüsü" ifadəsini işlətməsini tənqid etdi. Bildirdi ki, xarici ölkələr "qapımıza gəlir, ailə işlərimizə müdaxilə edir, daim irad tuturlar, bizi təhqir və nüfuzdan salırlar; buna görə milli maraqlarımızı və ləyaqətimizi qətiyyətlə müdafiə etməkdən başqa seçimimiz yoxdur."
Zəifləmə 2021-ci ildə qurd döyüşçüsü diplomatiyasının yaratdığı reaksiyalar nəticəsində Çinin beynəlxalq nüfuzunun pisləşdiyi qənaətinə cavab olaraq, ÇKP-nin baş katibi Xi Jinping 2021-ci ilin mayında keçirilən ÇKP Siyasi Bürosunun qrup iclasında ölkənin beynəlxalq kommunikasiya imkanlarının yaxşılaşdırılmasına çağırdı. 2021-ci ildə baş verən bir sıra digər hadisələr The Diplomat tərəfindən "Pekindəki rəhbərliyin Çinin xarici auditoriyaya yönəlmiş mesajlarını yenidən tənzimlədiyini və qurd döyüşçülərinə ritorikanı tədricən yumşaltmağın vaxtı çatdığını bildirdiyini" göstərən dəlillər kimi şərh edildi. Bu hadisələrə ÇKP-yə məxsus Global Times qəzetinin redaktoru və qurd döyüşçüsü ritorikasının ilk tərəfdarlarından olan Hu Xijinin vəzifədən getməsi də daxil idi. Siyasi Büro iclasından sonra Çin rəsmiləri ictimai açıqlamalarının tonunu yumşaltmağa başladılar, Xarici İşlər Nazirliyi ilə əlaqəli sosial media hesabları isə daha az qarşıdurmaçı oldu.
2022-ci ildə 2018-ci ildən Xarici İşlər Nazirinin icraçı müavini vəzifəsində çalışan Le Yucheng nazirlikdən Milli Radio və Televiziya Administrasiyasında direktor müavini vəzifəsinə keçirildi. Çin hökumətinin qurd döyüşçüsü diplomatiyasına rəsmi dəstəyindən daha bir geri çəkilmə 2023-cü ilin yanvarında baş verdi: Zhao Lijian Sərhəd və Okean Məsələləri Departamentinin direktor müavini təyin olundu və bununla da Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü kimi fəaliyyətini başa çatdırdı. Tədqiqatçılar Lize Yang və Hai Yang Zhao-nun başqa vəzifəyə keçirilməsini Çinin qurd döyüşçüsü yanaşmasını azaltmaq cəhdinin göstəricisi hesab edirlər.
2023-cü ildə sızdırılan və tarixi göstərilməyən ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin iki brifinqində Çinin qurd döyüşçüsü diplomatiyasından uzaqlaşaraq "daha ölçülü yanaşmaya" keçdiyi qeyd olunurdu. Bu dəyişiklik qismən Avropa İttifaqını (Aİ) ABŞ-dan uzaqlaşdırmaq məqsədi daşıyırdı, lakin 2023-cü ilin martında Avropa rəsmiləri ilə söhbətlərə əsasən, həmin tədbirlərin uğursuz olduğu qiymətləndirilirdi.
2024-cü ilin sentyabrında beynəlxalq münasibətlər üzrə tədqiqatçı Shaoyu Yuan Çinin iddialı qurd döyüşçüsü diplomatiyasından daha uzlaşmacı diplomatik yanaşmaya keçdiyini bildirdi. O, bu dəyişikliyin əsas səbəbi kimi iqtisadi artımın yavaşlaması da daxil olmaqla, daxili iqtisadi çətinlikləri göstərirdi. Bu keçid Çinin inkişafını və artımını qorumaq üçün qlobal iqtisadi sabitliyə ehtiyac duyduğunu vurğulayır.
The Economist jurnalının araşdırmasına görə, Xarici İşlər Nazirliyinin sözçülərinin daha döyüşkən cavabları 2019-cu ildən sonra kəskin artmış, 2022-ci ildən sonra isə davamlı şəkildə azalmağa başlamışdır. Jurnal bildirirdi ki, 2025-ci ilin əvvəlinə doğru belə cavabların səviyyəsi 2018-ci ilin səviyyəsinə enmişdi.
Səbəblər 2019-cu ildə Zhao Lijianın "qurd döyüşçüsü diplomat" kimi tanınmağa başlamasından sonrakı illərdə analitiklər qurd döyüşçüsü diplomatiyasının genişlənməsinə şərait yaradan bir sıra amilləri qeyd ediblər.
Çinin Fransadakı keçmiş səfiri Wu Jianmin haqqında — uşaqlıqda Nankində Fransa səfirliyinin itlərinin onun üstünə qısqırdılması barədə — hekayə aqressiv "qurd döyüşçüsü" diplomatik dilinə bəraət qazandırmaq üçün istifadə edilib.
Bəzi təhlillərə görə, qurd döyüşçüsü ritorikası və taktikalarından istifadə Çinin Qərbin "ideoloji planları" ilə bağlı qorxusuna, "Çinə qarşı düşmənçiliyin" artdığı və ya milli sabitliyə təhdidlərin gücləndiyi qənaətinə reaksiyası idi. Bəzi müşahidəçilər qurd döyüşçüsü yanaşmasının təşviqini "milli dirçəliş"in bir hissəsi hesab edirdilər.