"Turan" VK – Azərbaycanın Tovuz şəhərini təmsil edən qadın voleybol klubu. Azərbaycan Yüksək Liqasında çıxış edir.
Tarixi Klub 2025-ci ilin sentyabrında Tovuzda voleybolu daha da populyar etmək məqsədilə yaradılmışdır. İlk baş məşqçisi Ziya Rəcəbov, ilk kapitanı Ayşən Əbdüləzimova təyin olunmuşdur. Klub ev oyunlarını Tovuz Olimpiya İdman Kompleksində keçirir.
Klub Azərbaycan Yüksək Liqasında debüt etdiyi ilk mövsümdə – 2025/2026 mövsümündə Azərbaycan çempionu olmağı bacarmışdır. Klub final qarşılaşmasında "DH Volley" klubunu 3:1 hesabı ilə məğlub edərək bu titulu qazanmışdır. Klubun oyunçusu Marta Drpa mövsümün ən dəyərli oyunçusu seçilmişdir.
Avrokuboklarda "Turan" avrokuboklarda debütünü 2026/2027 mövsümündə gerçəkləşdirmişdir. CEV Çempionlar Liqasının ikinci təsnifat mərhəsində Xorvatiyanın "Mladost" klubu ilə qarşılaşmış, ilk oyunda 3:0 hesabı ilə qalib gəlmişdir. İkinci oyunda isə 3:2 hesabı ilə qalib gələrək ilk dəfə mərhələ adlamışdır.
Mövsüm Mərhələ Klub 1-ci oyun 2-ci oyun 2026/27 CEV Çempionlar Liqasıikinci təsnifat mərhələsi Mladost3–13–2üçüncü təsnifat mərhələsi Maritsa
Uğurları Azərbaycan Yüksək Liqası Qalib (1) — 2025/2026
İstinadlar
Xarici keçidlər Rəsmi saytı
Kateqoriya:Azərbaycan voleybol klubları Kateqoriya:2025-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:Tovuz rayonunda idman