Allahverdiyev Əli Fərman oğlu () — azərbaycanlı aktyor, Azərbaycanın əməkdar artisti (1981).

Həyatı Əli Allahverdiyev 1 fevral 1948-ci ildə Samuxda anadan olmuşdur. 1965-ci ildə orta məktəbi bitirmiş, 1966-cı ildən Gəncə Dövlət Dram teatrında işləməyə başlamışdır. C. Cabbarlı adına Gəncə Dövlət Dram teatrında işlədiyi dövrdə Səməd Vurğunun" Vaqif" pyesində Qacar, "Komsomol" poemasında Gəray bəy, Cəfər Cabbarlının "Yaşar" pyesində Yaşar, "Aydın" pyesində Dövlət bəy, "Solğun çiçəklər"də Əbdül, "Almas"da İbad, "Aslan və Fərhad" əsərində Aslan və sair rollar oynamışdır. 1990-cı ildən Gəncə Dövlət Nizami Poeziya teatrında işləyir. Bu teatrın səhnəsində hazırlanan "Xeyir və Şər" əsərində Kürd, "Gül və zəhər" əsərində Loğman, "Zəhmət dastanı"nda Qoca, "Hikmət axşamında" Sokrat, "Sevgi dastani"nda Vəzir, Nizami Gəncəvinin "Xəmsə" motivləri əsasında M. Alimin səhnələşdirdiyi "Yeddi məhbusun şikayəti" tamaşasında Bəhram və s. obrazlarla tamaşaçıların rəğbətini qazanmışdır.

Mükafatları Azərbaycan SSR əməkdar artisti — 24.12.1981C. Cabbarlı adına Kirovabad Dövlət Dram Teatrının işçilərinə Azərbaycan SSR fəxri adlarının verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 24 dekabr 1981-ci il tarixli Fərmanı — anl.az saytı

İstinadlar

Xarici keçidlər Əli Allahverdiyev

Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Gəncədə doğulanlar Kateqoriya:Azərbaycan SSR əməkdar artistləri