Müsnəd Əbu Davud ət-Təyalisi () və ya əl-Müsnəd () — Əbu Davud ət-Təyalisi tərəfindən ərsəyə gətirilmiş, müsnəd növünün ilk nümunəsi hesab olunan hədis məcmuəsi.
Əsər "Əl-Müsnəd" səhabə ravilərinin adlarına uyğun şəkildə təsnif edilmişdir. Əsəri təsnif edənin isə Əbu Davud ət-Təyalisinin tələbəsi Yunus ibn Həbib və ya Yunus ibn Həbibin tələbəsi Əbu Məsud ər-Razi olduğu qeyd edilir.
Əsər 281 (və ya 285) səhabədən nəql olunan 2890 hədisi ehtiva edir.
Əsərdəki rəvayətlərin bir hissəsi Əbu Cəfər Tahavi, Təbərani, Əbu Nuaym əl-İsfahani və başqa müəlliflərin əsərlərində də istifadə olunmuşdur.
"Əl-Müsnəd"in nüsxələri Xudabəxş, Asafiyə, Topqapı və başqa kitabxanalarda mövcuddur.
"Miftəhu künuzis-sünnə" alı əsərə əsas təşkil edən "əl-Müsnəd"ə Robert Marston Speight (v. 2011) tərəfindən "The Musnad of al-Ṭayālisī: A Study of Islamic Ḥadīth as Oral Literature" adlı doktorluq dissertasiyası yazılmışdır.
Həmçinin bax Sünni kitablarının siyahısı
İstinadlar
Kateqoriya:IX əsrin ərəb dilində kitabları Kateqoriya:Sünni hədis topluları Kateqoriya:X əsrin ərəb dilində kitabları