thumb|325px|Sərbəst neytronun protona, elektrona və elektron antineytrinosına çevrilmə sxemi

Neytronun beta parçalanması – zəif qarşılıqlı təsir nəticəsində sərbəst neytronun (n) protona (p), elektrona (e), və elektron antineytrinosına () çevrilməsi:

Bu prosesdə ayrılan enerji 783 keV-dir; o, əsasən bir-birindən sürətlə uzaqlaşan elektron və antineytrino arasında paylanır, protona isə 0-dan 751 eV-ə qədər enerji düşür. Elementar zərrəciklərin müasir nəzəriyyəsi (Elementar zərrəciklər fizikasınınİ. H. Cəfərov. "Elementar Zərrəciklər Fizikasının Əsasları" (Bakı, 2009). Standart Modeli) bu prosesi neytronu təşkil edən və elektron yükünün 1/3-nə bərabər mənfi yükə malik iki d-kvarkdan birinin +2/3 elektron yüklü u-kvarka çevrilməsinin nəticəsi kimi təsvir edir. Bu zaman zəif qarşılıqlı təsirin daşıyıcısı olan bir zərrəcik – vektor W- bozonu yaranır və demək olar ki, dərhal elektrona və antineytrinoya çevrilir.

Neytronun beta parşalanmasını təyin edən əsas kəmiyyətlər neytronun yaşama müddəti τn və parçalanma ehtimallarını xarakterizə edən 4 (bucaq korrelyasiya) sabitdir: 1) elektron və neytrinonun impulsları pe və p arasındakı bucaq; 2) neytronun spini σn ilə impulsu pe arasındakı bucaq; 3) p ilə σn arasındakı bucaq; 4) parçalanma müstəvisinə olan normalla σn arasındakı bucaq. Müxtəlif eksperimentlər sayəsində neytronun yaşama müddəti 878.4±0.5 saniyəyə (təxminən 15 dəqiqə) bərabərdir.Navas, S.; et al. (Particle Data Group) (2024). "Neutron data" (PDF). Physical Review D. 110 (1) 030001. doi:10.1103/PhysRevD.110.030001 Hazırkı eksperimental dəqiqlik səviyyəsində bucaq korrelyasiya sabitlərinin ölçülməsinin nəticələri nəzəriyyə ilə ziddiyyət təşkil etmir. Buna baxmayaraq, Standart Modeldən kənara çıxmağın zəruriliyini göstərən hər hansı effekti aşkar etmək cəhdləri davam edir. Neytronların yaşama müddətinin və bucaq korrelyasiya sabitlərinin daha da dəqiqləşdirilməsi astrofizika və kosmologiya üçün də vacibdir: bu məlumatlar Böyük Partlayışdan sonra Kainatın təkamülü nəzəriyyəsində və ulduzların daxilində baş verən energetik proseslərin təsvirində istifadə olunur.

İstinadlar

Kateqoriya:Fiziki effektlər və hadisələr Kateqoriya:Neytron Kateqoriya:Radioaktivlik