İslam Dövləti – Azərbaycan vilayəti (İD-AV; ) — 2019-cu ildə yaranmış və Azərbaycanda yerləşən İslam Dövlətinin qolu. 2024-cü ilin sentyabrında İD-AV Azərbaycan təhlükəsizlik qüvvələrini hədəf alaraq ilk hücumuna görə məsuliyyəti üzərinə götürmüşdür.

Tarixi Qrup 2019-cu ilin iyulunda, tərəfdarlarının İslam Dövləti – Türkiyə vilayəti tərəfindən yayımlanan videoda Əbu Bəkr əl-Bağdadiyə beyət etməsindən sonra yaradılmışdır. 2019-cu ilin iyuluna qədər Azərbaycan vilayəti rəsmi hesab olunmurdu və təşkilatlanmamış özəklərdən ibarət idi. Azərbaycandakı İslam Dövləti tərəfdarları 2014-cü ildə "Boko Haram"ın İslam Dövlətinə beyət etdiyi dövrdə onun rəhbəri Əbubəkr Şekau tərəfindən "qardaşlar" adlandırılaraq dəstəklənmişdi. Təşkilat əvvəlcə həm İslam Dövləti – Qafqaz vilayəti, həm də İslam Dövləti – Xorasan vilayəti ilə əlaqəli idi və Azərbaycandan olan üzvlər və tərəfdarlar oraya cəlb edilirdi. Azərbaycan vilayəti İslam Dövlətinin İraq və Suriyadakı ilkin ərazi zonalarından kənarda yerləşən 14 əsas uzaq vilayətindən biri hesab olunur.

2024-cü il sentyabrın 15-də Azərbaycanda İslam Dövlətinin bir yaraqlısı öldürülmüşdür. 2024-cü il sentyabrın 19-da İslam Dövləti həftəlik "Ən-Nəbə" nəşri vasitəsilə Azərbaycandakı ilk hücumunu elan etmişdir. Bəyanatda qrup beş gün əvvəl Azərbaycanın şimalındakı Qusar rayonunda baş vermiş qarşıdurma zamanı Azərbaycan təhlükəsizlik xidmətinin yeddi əməkdaşını öldürdüyünü və birini yaraladığını iddia etmişdir.

İstinadlar

Kateqoriya:2019-cu ildə Azərbaycanda yarananlar Kateqoriya:Terror təşkilatları Kateqoriya:İslam Dövlətinin vilayətləri