Bonefro — İtaliyanın Molize regionunda, Kampobasso əyalətində yerləşən kommuna (bələdiyyə). Kampobassodan təxminən 25 kilometr şimal-şərqdə yerləşir.

Bonefro Kazakalenda, Montelonqo, Montorio nei Frentani, Ripabottoni, San Culiano di Pulya, Sant-Eliya a Pianizi və Santa Kroçe di Malyano kommunaları ilə həmsərhəddir.

2002-ci ildə şəhər Molize zəlzələsi zamanı bəzi təkanların episentrində yerləşmişdi.

Tarix Bonefronun ilk sakinləri Lombard dövrünə (IX əsrin sonu – X əsrin əvvəli) aid edilir, baxmayaraq ki, daha əvvəlki dövrlərə məxsus qalıqlar da aşkar olunmuşdur. Lakin onun mövcudluğuna dair ilk qəti sübut 1049-cu ildə yazılmış sənəddə tapılmışdır. Orada yaşayış məntəqəsi Binifri adı ilə çəkilir. Bu ad latın dilindəki Vinifer sözündən götürülmüşdür və şərab istehsal olunan torpaq deməkdir. Yerli ənənə kəndin yaranmasını Venafrodan yola çıxıb Apuliyaya gedən zəvvarlarla əlaqələndirir. Rəvayətə görə, bu zəvvarlar indiki Bonefro torpağına çatan kimi quldurlar tərəfindən hücuma məruz qalmış, kişilər daşa, qadınlar isə göyərçinlərə çevrilmişdir.

Simvollar Gerbdə kommunanın himayədarı olan Müqəddəs Nikolay təsvir edilmişdir. Qonfalon (bayraq) mavi parçadandır.

Əsas görməli yerlər

X əsrin ortalarında tikilmiş Lombard qalası Romanesk üslubunda tikilmiş Santa Mariya delle Roze kilsəsi (XII–XIII əsrlər) Porta Molino, Porta Pie la Terra, Fontan qapısı və Porta Nuova — Lombard dövrünə aid qapılar Santa Mariya delle Qratsiye monastırı (1716)

Mədəniyyət Bonefroda hər il iyul ayında Adriatik Kamera Musiqisi Festivalı (Festival di Adriatico da Musica da Camera) keçirilir.

İqtisadiyyat Şəhərin iqtisadiyyatı əsasən kənd təsərrüfatına əsaslanır, lakin burada kiçik sənaye zonası da var.

Demoqrafik dinamika

İstinadlar

Xarici keçidlər Rəsmi sayt Adriatik Kamera Musiqisi Festivalının saytı

Kateqoriya:İtaliya şəhərləri