Bahadur Seyidov (tam adı: Bahadur Eyub oğlu Seyidov; 01 avqust 1984-cü il — azərbaycanlı şair, bloger, tərcüməçi, jurnalist. "Demədi Demə" videolayihəsinin yaradıcısı və "De Media" şirkətinin təsisçisi, demedia.az saytının baş redaktorudur. Müxtəlif illərdə Azərbaycan televiziyasında və internet mediasında fəaliyyət göstərmiş, publisistik məqalələr, sənədli və qısametrajlı bədii filmlər hazırlamış, şeirləri dövri mətbuatda dərc edilmişdir.
Həyatı Bahadur Seyidov 1 avqust 1984-cü ildə Qobustan rayonunun Bəklə kəndində anadan olub, orta təhsilini doğulduğu kənddə başa vurub.
2006-cı ildə Gəncə Dövlət Universitetini bitirib. Universitet illərində, 2002–2006-cı illərdə "Töhfə" qəzetində müxbir kimi fəaliyyət göstərib. 2006–2007-ci illərdə hərbi xidmətdə olub. 2007–2011-ci illərdə Bəklə kənd orta məktəbində tarix müəllimi işləyib.
Jurnalistika fəaliyyəti 2011-ci ildə Anews.az informasiya portalında müxbir kimi fəaliyyət göstərib. 2012-ci ildən Azad Azərbaycan ATV telekanalında redaktor kimi fəaliyyətə başlayıb.
2017-ci ildə Metbuat.az informasiya portalının baş redaktoru təyin olunub, 2018-ci ildə öz istəyi ilə baş redaktorluqdan uzaqlaşıb.
2012-ci ildən YouTube platformasında video-bloger kimi şəxsi yaradıcılıqla məşğul olmağa başlayıb.
2016-cı ilin sentyabrında "Demədi Demə" videolayihəsini təsis edib.
Sonrakı illərdə rəqəmsal media sahəsində fəaliyyətini genişləndirərək "De Media" şirkətini təsis edib. "Gəzən Adam", "Peasant" ("Kəndli") və müxtəlif internet videolayihələrinin hazırlanması ilə də məşğul olub.
Yaradıcılığı Bahadur Seyidov ədəbi yaradıcılığında "Bahadur Qobustan" təxəllüsündən istifadə edir.
Gəncə Dövlət Universitetində təhsil aldığı illərdə ədəbi fəaliyyətə başlamış, şeir, hekayə və publisistik əsərlər yazıb. "Gəncliyin Səsi" ədəbi birliyinin fəal üzvlərindən biri olub.
Azərbaycan Yazıçılar Birliyi və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkil etdiyi "Gənc Ədiblər Məktəbi" layihəsində iştirak edib. Dokkuziklim.net ədəbiyyat portalının baş redaktoru olub.
Digər fəaliyyətləri 2021-ci ildə Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin baş giziri Sübhan Cəbrayılovun həyat və döyüş yoluna həsr olunmuş "Cəbi" sənədli filminin layihə rəhbəridir.https://memorial.az/az/qehremanlarimiz/85
19 oktyabr 2021-ci ildə Salyanda, 30 oktyabr 2021-ci ildə isə Bakıda Nizami Kino Mərkəzində filmin təqdimatı keçirilib.
"Xidmət" qısametrajlı filmlər silsiləsi (2022–2023)
2022-ci ilin dekabrında Bahadur Seyidovun ssenari müəllifi və rejissoru olduğu "Xidmət" adlı sosial-satirik qısametrajlı filmlər silsiləsinin ilk buraxılışı yayımlanıb. Filmlərdə xidmət sektorunda mövcud olan problemlər, ictimai davranış, turizm, məişət tullantıları və qumar reklamları kimi mövzulara toxunulub. Bahadur Seyidov filmlərin ssenari müəllifi və rejissoru olmaqla yanaşı, bəzi rolları da canlandırıb, 2024-cü ildə "De Media" şirkətinin istehsalı olan "Oğruların divanı" adlı qısametrajlı bədii filmin rejissoru olub.
Mükafatları Media sahəsinin inkişafında xüsusi xidmətləri və bu sahədə səmərəli fəaliyyətinə görə "Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" yubiley medalı ilə təltif edilib.https://redaktor.az/news/actual/346905-taninmis-jurnalist-bahadur-seyidov-medalla-teltif
İstinadlar
Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycanlı yazıçılar Kateqoriya:Azərbaycan romançıları Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycanlı jurnalistlər Kateqoriya:Azərbaycan tərcüməçiləri Kateqoriya:Azərbaycanlı tərcüməçilər