Zü Nüvas (), əsl adı ilə Yusif Əsər Yəsər (𐩺𐩥𐩪𐩰 𐩱𐩪𐩱𐩧 𐩺𐩻𐩱𐩧, Yws¹f ʾs¹ʾr Yṯʾr), həmçinin Yosef Asar Yasar, Yozef Nuas (), Yusif bin Şərhəbil () () — yəhudi Yəmən padşahı, müstəqil Himyər dövlətinin sonuncu hökmdarı. Padşahlığında yaşayan xristianları təqib etməsi ilə tanınır. Ərəb ənənəsində Zürə kimi xatırlanır.

Özündən əvvəlki Himyar padşahlarından fərqli olaraq "Səba, Zü-Raydan, Hədrəmöt, Yəmanət və bütün ərəblərin padşahı" titulunu daşımamışdır. Epiqrafikada qeyd edildiyi kimi, bu titulun əvəzinə "Bütün qəbilələrin padşahı" (Mlkn kl-'sh’bn) tituluna üstünlük vermişdir ki, bu da Peyğəmbərin sirəsində onun təsvirində öz əksini tapmışdır ("Himyarın bütün qəbilələri onu padşah seçdilər").

Həyatı İbn İshaqın siyərinə görə, Yusifin anadan gəlmə adı Zürə olmuşdur və o, Himyərin məşhur padşahı Əbu Kəribin oğlu idi. O, bütpərəst tiran Zü Şənatiri xəncərlə vurub başını kəsərək hakimiyyətə gəlmişdir. Bundan sonra Himyərin bütün qəbilə başçıları onu padşah seçmişdilər. Daha sonra o, Yusif adını qəbul edir və Əbu Kərib kimi yəhudiliyi mənimsəyir.

Bir süryani mənbəsi Zü Nüvasın anasının Mesopotamiyanın Nisibis şəhərindən olan bir yəhudi ola biləcəyini irəli sürür. Əgər belədirsə, bu, onun mənşəyini Sasanilər dairəsinə yerləşdirər və Bizans imperiyasının təbii müttəfiqləri olan Ərəbistan xristianlarına qarşı sonrakı hərəkətlərinin mümkün siyasi səbəblərini əsaslandırar.Jonathan Porter Berkey, The Formation of Islam: Religion and Society in the Near East, 600–1800, Cambridge University Press, 2003 p.46.

Kristofer Haas istisna olmaqla, bir çox müasir tarixçi onun oğlunun iudaizmi qəbul etməsini taktiki fürsətçillik addımı kimi qiymətləndirmişdir; çünki iudaizm ona əsas rəqibi olan Aksum krallığının dininə qarşı ideoloji cəhətdən tarazlaşdırıcı bir qüvvə təmin edir, həmçinin Sasani imperatorunun rəğbətini qazanmağa imkan verirdi.

Daha sonra Nəcranın xristianlığı qəbul etdiyini öyrənərək ora hücum edir və nəcranlılara onun dinini qəbul etməyi əmr edir, imtina edənləri isə içi odla dolu xəndəklərə atdırır.Jacques Ryckmans, La Persécution des Chrétiens Himyarites, Nederlands Historisch-Archaeologisch Inst. in het Nabije Oosten, 1956

İbn İshaq bildirir ki, bu hadisə haqqında Buruc surəsində bəhs olunur.

Nəcranlılardan biri olan Daus xristianlara kömək göstərilməsi xahişi ilə imperatorun yanına qaçır, lakin Yəmənin Bizansdan uzaq olması səbəbindən imperator bundan imtina edir. Bundan sonra Daus Aksum nəcaşisi eyni addımı atmağa inandırır və nəcaşi himyərliləri məğlub etmək üçün qoşun göndərir.

Babül-Məndəb boğazı yaxınlığında Yusifin ordusu o qədər böyük itkilər verir ki, padşah naçar qalıb atını dənizə sürür və sular onu udana qədər irəliləyir.Jacques Ryckmans, La persécution des chrétiens himyarites au sixième siècle, Nederlands Historisch-Archaeologisch Inst. in het Nabije Oosten, 1956 pp. 1–24; A. Jamme, W.F., Sabaean and Ḥasaean Inscriptions from Saudi Arabia, Instituto di Studi del Vicino Oriente: Università di Roma, Rome 1966, p. 40

İbn İshaqın bildirdiyinə görə, Zü Nüvas xristianlara qarşı törətdiyi təqiblərə qisas olaraq aksumluların Yəməni işğal etməsindən sonra dənizdə boğularaq intihar etməyi seçmişdir. Xatununun, qənimətinin və Züfar şəhərinin ələ keçirilməsindən sonra məğlubiyyətlə barışmaq istəməyən hökmdar atını qəsdən Qırmızı dənizə sürmüşdür.

İstinadlar

Kateqoriya:Soyqırım törədənlər Kateqoriya:VI əsr ərəbləri Kateqoriya:Himyər hökmdarları