Hərəm (), indiki dövrdə Xəribət Həmdan və Xəribətül-Əli — müasir Yəmən ərazisində, Əl-Cövf mühafəzəsinin şimalında, dəniz səviyyəsindən təxminən 1100 metr hündürlükdə yerləşən qədim şəhər. Şəhər şimaldan Yəmən dağlıq sahəsi, qərbdən qədim Kəminəhu, şərqdən qədim Kərnavu və cənubdan Qeyl ilə həmsərhəddir.

Mədəniyyəti Hərəm Mərib şəhərindən şimal-şərqdə, Məzab vadisində yerləşmişdir. Qədim Cənubi Ərəbistanın şəhərlərindən biri olmuşdur. Hərəm və onun qonşuları olan Nəşan, Kəminəhu və İnəbbə şəhər-dövlətlər və mülki məbəd yaşayış məskənləri idilər. Bu dörd şəhərin hamısında aşkar edilmiş yazılar məin dilində qələmə alınmışdır.Leonid Kogan and Andrey Korotayev: Sayhadic Languages (Epigraphic South Arabian). Semitic Languages. London: Routledge, 1997. Pg. 221.

İstinadlar

Kateqoriya:Qədim Yəmən Kateqoriya:Şəhər-dövlətlər Kateqoriya:Tarixi krallıqlar