Meklenburq-Şverinli Sofiya Luiza (; ) — Meklenburq-Şverin hersoqu I Adolf Frederikin nəvəsi, II Prussiya kraliçası.
16 may 1685-ci ildə dünyaya gəldi. Atası Meklenburq-Şverin hersoqu I Adolf Frederikin oğlu şahzadə Frederik, anası isə Hesse-Hamburqlu Kristina Vilhelminadır.
28 noyabr 1708-ci ildə Prussiya kralı I Fridrixlə evləndirildi. Ancaq cütlüyün bu nigahdan övladı olmadı. Övladının olmaması və nisbətən zəif saray təlim-tərbiyəsi səbəbilə saray həyatına uyğunlaşa bilmədi. Üstəlik, kralın məşuqəsi sarayın əsas xanımı kimi saray bürokratiyasını idarə etməkdə idi.
Ərinin ölümündən yalnız bir neçə həftə öncə Şverinə göndərildi və 1713-cü ildə ərinin ölümündən sonra bir daha Berlinə qayıtmadı. Ömrünün sonunadək dul anasının sarayında yaşadı. 1735-ci ildə burada vəfat etdi.
Mənbə
Ədəbiyyat
Friedrich Wigger: Aus dem Leben der Königin Sophie Louise von Preußen (der „Princesse von Grabow“). In: Jahrbücher des Vereins für Mecklenburgische Geschichte und Altertumskunde, Bd. 41 (1876), S. 3–97, 158 (Digitalisate)
İstinadlar Kateqoriya:Hohensollernlər Kateqoriya:XVIII əsr monarxları Kateqoriya:XVIII əsr şəxsləri Kateqoriya:Meklenburq-Ön Pomeraniya şəxsləri Kateqoriya:Meklenburq-Şverin sülaləsi