thumb|Planetlərin konfiqurasiyalarının sxematik təsviri Planet konfiqurasiyaları – Günəş sistemində planetlərin və Günəşin Yerə nəzərən (görünmə şərtləri ilə müəyyən edilən) qarşılıqlı xarakterik mövqelərdə yerləşməsi. Əsas konfiqurasiyalar birləşmələr (bağlantılar), qarşıdurmalar (oppozisiyalar), uzanmalar (elonqasiyalar) və kvadraturalardır. Konfiqurasiyalar planetlərin orbital hərəkəti nəticəsində alınır. Birləşmələr vaxtı planet, Yerə nəzərən Günəşlə bir düz xətt üzrə, qarşıdurma vaxtı Günəşdən əks istiqamdə (180°) yerləşir; maksimal uzanma (şərq və qərb) vaxtı Günəşdən maksimum bucaq məsafəsi qədər uzaqlaşır (şəklə bax). Plant konfiqurqsiyaları daxili (Merkuri, Venera) və xarici (Mars-Neptun) planetlər üçün fərqlənir. Daxili planetlər (Merkuri, Venera) üçün Aşağı birləşmə vaxtı planet Yer ilə Günəş arasında olur. Yuxarı birləşmə vaxtı Günəş Yer ilə planet arasında olur. Ən böyük uzanma (şərq/qərb) vaxtı planet Günəşdən maksimal bucaq aralığı vəziyyətində olur və bu vaxt müşahidə üçün ən əlverişli vaxt sayılır. Xarici planetlər (Marsdan və ondan uzaqda olanlar) üçün birləşmə vaxtı planet Günəşin arxasında yerləşir. Qarşıdurma vaxtı isə Yer Günəş ilə planet arasında yerləşir və bu vaxt müşahidə üçün ən yaxşı vəziyyətdir. Kvadratura (şərq/qərb) konfiqurasiyası vaxtı Günəşə doğru istiqamət ilə planetə doğru istiqamət arasındakı bucaq 90⁰ təşkil edir.
İstinadlar
Kateqoriya:Günəş sistemi Kateqoriya:Astronomik hadisələr