İbn Xeyr əl-İşbili (; ) — dilçi, qiraət alimi və hədis hafizi.
Bioqrafiyası Onun tam adı Əbu Bəkr Məhəmməd ibn Xeyr ibn Ömər (əl-İşbili) ibn Xəlifədir. 1109-cu ildə Məğribdəki Fəs şəhərində və ya Əndəlüsdəki İşbiliyədə (indiki Sevilya) anadan olmuşdur. Nisbələri Ləmtuni və İşbilidir.
İbn Xeyr Əbül-Həsən Şüreyh ibn Məhəmməd, Qazı İbn əl-Baci, Əbu Bəkr ibn əl-Ərəbi, İbn Hubeyş, Qazı İbn Bəqi, Əbül-Həsən ibn Muğis, Qazı İyad, Ruşəti, İbn Ətiyyə əl-Əndəlüsi, Siləfi, Məzəri, Əbu Abdullah Məhəmməd ibn Süleyman ibn Əhməd, Əbül-Həsən Əbbad ibn Sirhan, Əbu Abdullah ibn Əbdürrəzzaq və İbn Əbül-Xisaldan təhsil almışdır.
Onun yetirmələri arasında İbn Dihyə əl-Kəlbi, İbn Vacib və Əbül-Hüseyn ibn Sərrac adı qeyd edilir.
İbn Xeyr bir neçə il Qurtubə məscidində imam vəzifəsində çalışmış və 1179-cu ildə Qurtubədə (indiki Kordova) vəfat etmişdir.
Onun ən məşhur əsəri "Fəhrəsə"dir.
İstinadlar
Kateqoriya:Quran qariləri