Aydın Bəşirov () — Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi.

Həyatı Aydın Bəşirov Abşeron rayonunun Güzdək kəndində anadan olub.

Aydın Bəşirov Bakı dənizçilik məktəbində təhsil alıb. Odessa Dəniz Donanması Mühəndisləri İnstitutunu bitirib. Uzaq səfərlər kapitanı olub. Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 19 avqust tarixli 188 №-li fərmanı ilə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi təyin edilib.

2003-cü il 4 iyul tarixində Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin 145 illiyi ilə əlaqədar və xüsusi xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif olunub. 1999-cu ildə IV Beynəlxalq müsabiqədə "Nəqliyyatda ilin adamı" adına layiq görülüb.

2004-cü ilin aprelində Qara dəniz hövzəsi gəmi sahibkarları beynəlxalq assosiasiasının (BINSA-nın) VI növbədənkənar iclasında bu qurumun prezidenti seçilib.

Aydın Bəşirov 2019-cu ildə vəfat edib.

Təltifləri Şöhrət ordeni — 04.07.2003

İstinadlar