İvano-Frankivsk Milli Texniki Neft və Qaz Universiteti (İFMTNQU) (ukr. Івано-Франківський національний технічний університет нафти і газу) — Ukraynada neft-qaz profil üzrə IV akkreditasiya dərəcəli yeganə ali təhsil müəssisəsidir. Çoxfunksiyalı və şaxələnmiş tədris-elmi-istehsalat kompleksi olan universitet, ali təhsildən əvvəlki və diplomdan sonrakı hazırlıq sistemi ilə Prikarpatye regional tələbə və müəllim təşkilatının bazasıdır. Tərkibinə 9 institut, 3 kollec və fizika-texnika liseyi daxildir. Hazırda İFMTNQU-da 10 000-dən çox tələbə, o cümlədən Avropa, Asiya və Afrikanın 36 ölkəsindən 590-a yaxın xarici tələbə təhsil alır.

İvano-Frankovsk şəhərində yerləşir.

Müəssisə neft-qaz və xalq təsərrüfatının digər sahələri üçün mütəxəssislər, həmçinin Ukrayna Silahlı Qüvvələri üçün zabitlər hazırlayır.

Bu qurum Ukraynanın Bolonya prosesinə qoşulma təcrübəsində qabaqcıllardan biri olmuşdur.

Tarix Universitetin tarixi 1960-cı ildən, Lvov Politexnik İnstitutunun Stanislav Ümumi Texniki Fakültəsinin fəaliyyətə başlaması ilə başlanır. 1963-cü ildə fakültə Neft və Qaz Sənayesi və Ümumi Texniki şöbələri ilə Lvov Politexnik İnstitutunun İvano-Frankovsk filialına çevrilmiş, daha sonra neft fakültəsi də bura köçürülmüşdür. 1963–1964-cü illərdə yeni fakültələr yaradılmışdır: Mexanika fakültəsi (1963), Avtomatlaşdırma və İqtisadiyyat fakültəsi (1966–1967).

Universitet 1967-ci ildə İvano-Frankovsk Neft və Qaz İnstitutu kimi təsis edilmişdir. 1994-cü ildən IV akkreditasiya dərəcəli Dövlət Texniki Neft və Qaz Universiteti, 2001-ci ildən isə milli universitet statusu almışdır.

3 may 2023-cü ildə İqor İvanoviç Çudik universitetin rektoru seçilmişdir.

İstinadlar

Xarici keçidlər

İvano-Frankovski Milli Texniki Universiteti saytı

Kateqoriya:Ukraynanın milli ali təhsil müəssisələri