Alaçıq Yurdları — Qərbi Azərbaycanın Meğri rayonunun Nüvədi kəndində yerləşən yurd yeri.

Tarixi Alaçıq Yurdları tarixən Zəngəzur mahalı ərazisində, Meğri rayonunun Nüvədi kəndində qeydə alınmış toponimlərdəndir. Meğri rayonunun inzibati mərkəzi Meğri şəhəridir.

Etimologiyası Toponim alaçıq və yurd sözlərinin, həmçinin cəm bildirən -lar şəkilçisinin birləşməsindən yaranmışdır. Alaçıq sözü çubuqlardan hazırlanaraq üstü keçə ilə örtülən yaşayış quruluşunu, yurd sözü isə ev, məskən və yaşayış yeri mənalarını bildirir. Bu baxımdan Alaçıq Yurdları toponimi «alaçıqların yerləşdiyi yurd, yaşayış yeri» mənasını ifadə edir.

Mənbələr

Kateqoriya:Meğri rayonunun toponimləri Kateqoriya:Nüvədi Kateqoriya:Qərbi Azərbaycan toponimləri