Kölgə donanması və ya pünhan donanma - beynəlxalq və ya infdividual sanksiya altında olan malların və ya belə sanksiya altında olan dövlətin, yaxud qurumlaırn mallarının qaçaqmalçılığı üçün gizlətmə taktikalarından istifadə edən" bir gəmi və ya gəmilər qrupu.
Kölgə donanmaları beynəlxalq və ya birtərəfli iqtisadi sanksiyalara görə birbaşa məsuliyyət daşıyır Buna görə də, bu termin daha geniş şəkildə liman qeydiyyatı olmadan və ya dələduz vasitəsi kimiistismar edilən gəmilərdən istifadə etməklə, su daşımaları zamanı sanksiyalardan yayınma üsullarını ifadə edir.
Kölgə donanmaları fəaliyyətlərini gizlətmək və ya həqiqətəbənzər təkzib məqsədi daşıyan geniş çeşidli çoxgedişatlı üsullardan istifadə edirlər. Bu üsullar yaxşı sənədləşdirilsə də və müxtəlif iştirakçılar arasında oxşar olsa da, koordinasiya, əməkdaşlıq və ya resursların və siyasi iradənin olmaması səbəbindən hakimiyyət orqanları üçün icra problemləri yaradır. Bundan əlavə, kölgə donanmaları qanuni boz zonalarda, çox vaxt sahil dövlətlərinin yurisdiksiyasından kənarda açıq dənizlərdə fəaliyyət göstərir ki, bu da həbsləri və müsadirələri çətinləşdirir.
Həmçinin bax Rusiya kölgə donanması
İstinadlar Kateqoriya:Qaçaqmalçılıq Kateqoriya:Rusiya–Ukrayna müharibəsi ilə əlaqədar sanksiyalar və boykotlar Kateqoriya:ABŞ-nin İran əleyhinə tətbiq etdiyi sanksiyalar Kateqoriya:Çirkli pulların yuyulması Kateqoriya:Dəniz nəqliyyatı Kateqoriya:Beynəlxalq ticarət Kateqoriya:Geosiyasi terminlər Kateqoriya:Aldatma Kateqoriya:Qara bazarlar Kateqoriya:2020-ci illərdə beynəlxalq münasibətlər