Əbu Hətim əs-Sicistani (; ) — ərəb dilçisi, ədəbiyyatşünas, şair, əxbər rəvayətçisi və hədis alimi.

Əbu Hətim əs-Sicistani cahiliyyə dövrü ərəb dili və şeiri, tarixi rəvayətləri və ədəbiyyatı, leksikoqrafiya, qərib sözlər, nadir ifadələr, əruz və müəmmalar, qiraət və Quran elmləri sahələrində dərin biliyi ilə tanınmışdır.

Bioqrafiyası Onun əsl adı Əbu Hətim Səhl ibn Məhəmməd ibn Osman ibn Qasım (və ya Yezid) əl-Cüşəmi əs-Sicistanidir və onun 781, 784 və ya 785-ci illərdə Şuştər və ya Sistanda anadan olduğu güman edilir. Fars əsillidir.

O, Əxfəş əl-Əvsat, Yaqub əl-Hədrəmi, Məmər ibn Müsənna, əl-Əsmai, Əbu Zeyd əl-Ənsari, Əbu Ubeyd Qasım ibn Səllam, Mədaini və başqalar şəxslərə tələbəlik edib, onlardan dilçilik, şeir, qiraət, fiqh, hədis və başqa elmləri öyrənib.

Ondan da Mübərrəd, İbn Düreyd, İbn Quteybə, Əbu Davud, Nəsai, İbn Xuzeymə, Təbəri və başqaları təhsil alıblar.

Tələbə yetişdirməkdən başqa o, Bəsrə məscidində uzun müddət imam xətiblik etmiş, əsər yazmış, həm də Bəsrə valilərinin əmlak işlərini idarə etmişdir.

Radikal Bəsrə dilçilik məktəbi tərəfdarı olan Əbu Hətim əs-Sicistani, tələbələrindən birinin bildirdiyinə görə 869-cu ildə Bəsrədə vəfat etmişdir.

Əbu Hətim əs-Sicistani "Kitabül-Qiraət", "Kirabu İrabül-Quran", "əl-Cərəd", "Kitabul-Muəmmərin" və başqa əsərinlər müəllifidir.

İstinadlar Kateqoriya:Ravilər