qBittorrent — C++ dilində yazılmış, çarpaz-platformalı azad və açıq mənbəli BitTorrent klientidir. Boost, OpenSSL, zlib, Qt 6 alətlər dəsti və libtorrent-rasterbar kitabxanasına əsaslanır, əlavə olaraq Python dilində yazılmış onlayn axtarış sistemi də mövcuddur.

Tarix qBittorrent 2006-cı ilin martında Christophe Dumez tərəfindən hazırlanmışdır.

Xüsusiyyətlər Əsas xüsusiyyətləri arasında torrent növbələşdirməsi, prioritetləşdirmə, torrentlər daxilində məzmun seçimi və avtomatik yükləmə filtrləri olan RSS oxuyucusu var. Klient DHT, PEX, şifrələnmiş bağlantılar, LPD, UPnP, NAT-PMP, μTP, maqnit bağlantıları və məxfi torrentləri, eləcə də eMule dat və ya PeerGuardian fayl formatlarından istifadə edərək IP filtrləməsini dəstəkləyir. 4.6.0 versiyası eksperimental I2P dəstəyi əlavə etdi.

qBittorrent həmçinin onlayn axtarış sistemini də əhatə edir. Bu axtarış sistemi Python dilində yazılmış plaqinlər ilə təchiz olunur, və bu da birbaşa klientin içindən birdən çox torrent saytında eyni vaxtda axtarış etməyə imkan verir. Həmçinin uzaqdan idarə edilə bilən veb istifadəçi interfeysi də mövcuddur. Klient IPv6, Unicode dəstəkləyir və təxminən 70 dildə mövcuddur. Klientə faylların ardıcıl yüklənməsi və torrent yaratmaq vasitəsi də daxildir.

Həmçinin Bax

Torrent faylı

İstinadlar

Xarici keçidlər

qBittorrent on FossHub Kateqoriya:Əlifba sırasına görə proqramlar Kateqoriya:Çarpaz platformalı azad proqram təminatı Kateqoriya:Linux üçün proqram təminatları Kateqoriya:Windows üçün proqram təminatları Kateqoriya:C++ proqram təminatı Kateqoriya:BitTorrent Kateqoriya:MacOS proqram təminatı