Alman Dövlət Partiyası (, və ya qısaca DStP) — Veymar Respublikası dövründə 1930–1933-cü illərdə fəaliyyət göstərmiş siyasi partiya. Partiya sol-liberal Almaniya Demokratik Partiyası (DDP) ilə millətçi-mühafizəkar Xalqın Milli Reyx Assosiasiyasının () birləşməsi nəticəsində təsis edilmişdir.
Tarixi
Yaranması
1930-cu ilin iyul ayında radikal sağ və sol siyasi qütblərin (xüsusilə NSDAP və KPD) güclənməsi fonunda DDP rəhbərliyi mühafizəkar orta təbəqənin səslərini cəlb etmək üçün rekorporasiya siyasətinə əl atmışdır.
27 iyul 1930-cu il tarixində DDP və millətçi "Gənc Almaniya Ordeni" () təşkilatının siyasi qolu olan Xalqın Milli Reyx Assosiasiyası birləşərək Alman Dövlət Partiyasını (DStP) yaratmışdırlar. Birləşmənin əsas təşəbbüskarları DDP lideri Erix Kox-Vezer və "Gənc Almaniya Ordeni"nin rəhbəri Artur Mahraun idilər.
1930-cu il seçkiləri və daxili böhran
Birləşmə partiya daxilində ciddi fikir ayrılıqlarına səbəb olmuşdur. DDP-nin pasifist və sol-liberal qanadı (məsələn, Lüdviq Quidde və Helmut fon Gerlax) millətçi ünsürlərlə ittifaqa etiraz edərək partiyanı tərk etmişdirlər və Radikal Demokratik Partiya () təşkilatını yaratmışdılar.
14 sentyabr 1930-cu il Reyxstaq seçkilərində DStP gözlənilən nailiyyəti qazana bilməmişdir. Partiya cəmi 3,8% səs yığaraq Reyxstaqda 20 mandat əldə etmişdir. Seçki müvəffəqiyyətsizliyindən sonra, 1930-cu ilin noyabrında Xalqın Milli Reyx Assosiasiyası DStP sırasından çıxmışdır. Bununla belə, DDP-nin keçmiş üzvləri Alman Dövlət Partiyası adını saxlayaraq fəaliyyətlərini davam etdirmişdirlər.
Ləğvi
1932-ci il boyunca keçirilən seçkilərdə DStP-nin seçici bazası demək olarki tamamilə dağılmışdır (iyul seçkilərində 1,0%, noyabr seçkilərində isə 0,9% səs). Partiya Reyxstaqda yalnız Almaniya Sosial-Demokrat Partiyası (SPD) ilə yaratdığı seçki ittifaqları hesabına bir neçə mandat saxlaya bilmişdir.
1933-cü ilin martında Adolf Hitlerin hakimiyyətə gəlməsindən sonra DStP deputatları Reyxstaqda "Səlahiyyət haqqında Qanun"un () lehinə səs vermişdilər. Nasional-sosialistlərin həyata keçirdiyi Qlayxşaltunq (siyasi sahənin unifikasiyası) siyasəti çərçivəsində tətbiq olunan təzyiqlər nəticəsində Alman Dövlət Partiyası 28 iyun 1933-cü il tarixində özünü buraxdığını elan etmişdir.
Seçki nəticələri Seçki ili Ümumi səslər Səs faizi (%) Qazanılan mandatlar +/- 1930 1.322.034 3,8% 5 1932 (İyul) 371.800 1,0% 16 1932 (Noyabr) 336.447 0,9% 2 1933 (Mart) 334.242 0,9% 3
Görkəmli üzvləri
Teodor Hoys — AFR-in ilk Prezidenti (1949–1959). Erix Kox-Vezer — Veymar Respublikasının Ədliyyə və Daxili İşlər Naziri, DStP-nin təsisçisi. Hermann Ditz-Tebens — Siyasətçi və parlamentar. Reinhold Mayer — Baden-Vürtemberq torpağının ilk Baş naziri.
İstinadlar
Ədəbiyyat siyahısı
Kateqoriya:1930-cu ildə yaranan siyasi partiyalar Kateqoriya:1933-cü ildə ləğv olunan siyasi partiyalar Kateqoriya:Korporatizm