Talin rayonu — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Talın mahalı ərazisində rayon. Mərkəzi Talın şəhəridir.

Tarixi Talin rayonu 1930-cu il sentyabrın 9-da yaradılıb. Ərazisi 1288 kv km-dir. Rayon mərkəzi Yuxarı Talın qəsəbəsidir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 74 km-dir. Talın rayonunun bir tərəfindən Arpaçay (dəyişdirilmiş adı Axuryan) axır. Alagöz dağının bir hissəsi və Qaraburun yaylası da Talın rayonu ərazisinə düşür.

Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin müxtəlif fərmanları ilə rayon üzrə dəyişdirilmiş tarixi yer adları:

Qədim türk adı İndiki adı Dəyişdirilmə tarixiDüzkəndBaroj03.01.1935ZorbaSorik03.01.1935QuldərvişVosgetas03.01.1935PirmələkAreq03.01.1935SiçanlıAvtona03.01.1935ŞıxhacıŞqarşik03.01.1935Yuxarı PirtikanTsaxkasar02.03.1946Aşağı PirtikanDzorakyuğ02.03.1946Yuxarı AğcaqalaVerin Bazmaberd12.11.1946Aşağı AğcaqalaNerkin Bazmaberd12.11.1946AdyamanQarnhovit12.11.1946GözlüAkunk12.11.1946DədəliYeğnik12.11.1946YaşılKakavadzor12.11.1946Yuxarı QaraqoymazVerin Sasunaşen12.11.1946Aşağı QaraqoymazNerkin Sasunaşen12.11.1946QarqulaqGetap12.11.1946QırmızılıKarmraşen12.11.1946QılçataxSuser12.11.1946SusuzTsamakasar12.11.1946AynalıDavdaşen12.11.1946AlagözAraqats31.07.1950MehribanKatiaxpyur19.04.1950MəsdərəDalarik21.01.1965ƏhəngçiZovasar25.01.1978Yuxarı TalınTalın25.01.1978Aşağı TalınDaştadem25.01.1978SabunçuHatsaşen25.01.1978

Coğrafi mövqeyi

Relyefi

Təbiəti

Əhalisi Quldərviş – 1918-ci il. Kəndin 400 nəfərdən artıq əhalisi işgəncələrlə öldürülmüş, salamat qalanlar isə dağlarla Türkiyənin müxtəlif vilayətlərinə qaçmışlar. Kəndə ermənilər sahiblənmişlər. Əkərək – 1918-ci il. 670 nəfər əhalisi ollmuşdur. Daşnak hökumətinin fitvası ilə bandit dəstələri kəndi dağıtmış, əhalinin böyük hissəsini qırmış, salamat qalanları Türkiyəyə qaçmağa məcbur emişlər. Qaçqınlar yolda böyük tələfat vermişlər. Dərhal kəndə gəlmə ermənilər doldurulmuş, kəndin azərbaycanlı əhalisi haqda bilgi əldə edilməmişdir.

İstinadlar

Xarici keçidlər Qərbi Azərbaycan: azərbaycanlılara qarşı genosid demoqrafik statistika güzgüsündə Qərbi Azərbaycanın türk mənşəlli toponimləri Vandalizm: tarixi adlara qarşı soyqırımı. Bakı, "Təhsil", 2006, 92 səh. İndiki Ermənistan qədim türk yurdu idi Qərbi Azərbaycan ərazilərində yer adlarının soyqırımı

Həmçinin bax

Qərbi Azərbaycan Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası Erməni əhalisinin tarixi miqrasiyası

Kateqoriya:Talin mahalı Kateqoriya:Ermənistan SSR-in rayonları Kateqoriya:Talin rayonu Kateqoriya:1930-cu ildə yaranmış dövlətlər və ərazilər