Kembricli Avqusta Karolina Şarlotta Yelizaveta Mariya Sofiya Luiza (; ) — Kembric hersoqu Adolf Frederikin qızı, Böyük Meklenburq-Strelitz hersoginyası.
19 iyul 1822-ci ildə Hannoverdə dünyaya gəldi. Atası Britaniya kralı III Georqun oğlu Kembric hersoqu Adolf Frederik, anası isə Hesse-Kassel landqrafı II Frederikin nəvəsi Avqusta Vilhelminadır. 16 avqustda vəftiz edildi və əmisi York və Albani hersoqu Frederik Avqust, bibiləri dul Vürtemberq kraliçası Şarlotta Avqust, Avqusta Sofiya, Hesse-Hamburq landqrafinyası Yelizaveta, Qloster və Edinburq hersoginyası Mariya və Sofiya Matilda onun vəftiz valideynləri oldu.
Uşaqlıq illəri atasının vəzifə yeri olan Hannoverdə keçdi. 1837-ci ildə ailəsiylə birlikdə İngiltərəyə döndü. Ertəsi il ilk monarxial mərasimi olan Kraliça Viktoriyanın tacqoyma mərasiminə qatıldı. 28 iyun 1843-cü ildə Böyük Meklenburq-Strelitz hersoqu Georqun oğlu vəliəhd-şahzadə Frederik Vilyamla evləndirildi. Üstəlik seçilən bəy namizədi onun xalası oğlu idi. Cütlüyün bu nigahdan 2 övladı doğulsa da, bunlardan yalnız biri yetkinlik yaşına çatdı.
Frederik Vilyam (13 yanvar 1845), doğulduğu gün vəfat etdi. V Adolf Frederik (1848-1914)
Ərinin 1860-cı ildə taxta çıxmasıyla Böyük Meklenburq-Strelitz hersoginyası ünvanını aldı. Ömrünün çox hissəsini Almaniyada keçirsə də, Britaniyadakı qohumlarıyla əlaqələrini qorudu. Kensinqton sarayında yaşayan dul anasını tez-tez ziyarət etdi. Anasının vəfatından sonra Londonda bir mülk satın aldı və 1904-cü ildə ərinin vəfatından sonra ilin çox hissəsini sonralar Meklenburq-haus adını alan bu malikanədə yaşadı. Yaşlılığı səbəbilə V Corc və Mariya Tekin 1911-ci ildə baş tutan tacqoyma mərasimində iştirak edə bilmədi. Üstəlik yeni kraliça onun bacısı qızı idi. Birinci Dünya müharibəsi illərində İsveç səfirinin köməkliyi ilə Kraliça mariya öz xalasıyla məktublaşmanı davam etdirdi.
5 dekabr 1916-cı ildə vəfat etdi.
Mənbə
Ədəbiyyat
Sandra Lembke: Hoheiten, Diplomaten und Ehrenretter. Gäste am Mecklenburg-Strelitzer Hof. Verlag Steffen, Berlin 2013, ISBN 978-3-942477-60-4. Sandra Lembke: Majestäten, Feldherren und Herzensbrecher. Gäste am Mecklenburg-Strelitzer Hof. Verlag Steffen, Berlin 2014, ISBN 978-3-942477-97-0. Helmut Borth: Eine englische Prinzessin aus Hannover. Augusta Caroline Charlotte Elisabeth Mary Sophia Louise von Großbritannien (1822–1916), Irland und Hannover, Großherzogin von Mecklenburg-Strelitz. In: Herzoghaus Mecklenburg-Strelitz. Von gekrönten Häuptern, blaublütigen Kuckuckskindern und der Mirower Fürstengruft. Steffen, Friedland bei Neubrandenburg 2011, ISBN 978-3-942477-95-6, S. 160–164. (books.google.de)
İstinadlar