Ceyms Ellison () — amerikalı immunoloq, xərçəngin immunoterapiyası sahəsində mütəxəssis, 2018-ci il Nobel mükafatı laureatıdır. O, fəlsəfə doktoru (PhD), ABŞ Milli Elmlər Akademiyasının (1997-ci ildən) və Milli Tibb Akademiyasının (2007-ci ildən) üzvüdür. Hazırda Ostin Texas Universitetinin M. D. Anderson adına Xərçəng Mərkəzində professor vəzifəsində fəaliyyət göstərir.

2018-ci ildə Fiziologiya və ya Tibb üzrə Nobel mükafatına "Mənfi immun tənzimlənməsinin inhibə edilməsi yolu ilə xərçəng xəstəliklərinin müalicəsi metodunun kəşfinə görə" layiq görülmüşdür. Bu mükafatı yapon alimi Tasuku Hondzö ilə birlikdə almışdır.The Nobel Prize in Physiology or Medicine 2018. Дата обращения: 7 октября 2019. Архивировано 1 октября 2018 года.The Nobel Prize on Twitter. Twitter. Архивировано 1 октября 2018. Дата обращения: 1 октября 2018.Нобелевскую премию по медицине присудили исследователям в области терапии рака. Архивировано 1 октября 2018. Дата обращения: 1 октября 2018. Bundan əlavə, Ceyms Ellison elm sahəsində bir çox digər nüfuzlu mükafat və fəxri adlarla da təltif edilmişdir.

Həyatı 1969-cu ildə Texas ştatının Ostin şəhərində Texas Universitetinin mikrobiologiya ixtisası üzrə bakalavr dərəcəsi ilə bitirmiş, 1973-cü ildə isə həmin universitetdə biologiya elmləri üzrə fəlsəfə doktoru (PhD) elmi dərəcəsi almışdır. O, fəaliyyəti dövründə Sloan–Kettering Memorial Xərçəng Mərkəzində, Kornell Universitetində çalışmış, Hovard Hyuz Tibb İnstitutunun tədqiqatçısı olmuşdur. Daha sonra Berkli şəhərində Kaliforniya Universitetində immunologiya professoru kimi fəaliyyət göstərmiş və burada xərçəng tədqiqatları laboratoriyasına rəhbərlik etmişdir.

2012-ci ildən etibarən Texas Universitetinin M. D. Anderson adına Xərçəng Mərkəzində immunologiya üzrə professor və kafedra müdiri vəzifəsində çalışır. Eyni zamanda, bu mərkəzin Parker Xərçəng İmmunoterapiyası İnstitutunun həmdirektorudur. O, Xərçəng Araşdırmaları İnstitutununCRI Scientific Advisory Council — Cancer Research Institute (CRI). Дата обращения: 1 марта 2019. Архивировано 1 марта 2019 года Elmi-Məsləhət Şurasının direktorudur. 2001–2002-ci illərdə Amerika İmmunoloqlar Assosiasiyasının prezidenti olmuş, 1996–2003-cü illərdə isə həmin assosiasiyanın İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərmişdir.The American Association of Immunologists — James P. Allison. Дата обращения: 13 декабря 2018. Архивировано 13 октября 2019 года. O, Cell, Journal of Clinical Investigation və Immunity kimi nüfuzlu elmi jurnalların redaksiya heyətlərinin üzvü olmuş, həmçinin Science jurnalında icmal redaktoru vəzifəsində çalışmışdır.Источник. Дата обращения: 29 марта 2018. Архивировано 30 марта 2018 года. Ceyms Ellison xərçəngin immunoterapiyası ilə bağlı aparıcı beynəlxalq elmi jurnallarda dərc edilmiş 250-dən çox resenziyalı elmi məqalənin müəllifidir.

Mükafatları 2005-ci ildə -Villiam Koley Mükafatı 2008-ci ildə -İnsan İmmunologiyası Tədqiqatları üzrə Amerika İmmunoloqlar Dana Fondu MükafatıThe American Association of Immunologists — James P. Allison. Дата обращения: 13 декабря 2018. Архивировано 13 октября 2019 года. 2014-cü ildə -Beynəlxalq Gairdner MükafatıJames Allison | Gairdner. Дата обращения: 5 мая 2015. Архивировано 12 июня 2015 года. 2014-cü ildə — Harvey MükafatıHarvey prize Архивировано 2 июля 2015 года. 2014-cü ildə — Tibb sahəsində "Breakthrough Prize" (İnqilabi Nailiyyət Mükafatı)Breakthrough Prize. Дата обращения: 5 мая 2015. Архивировано 16 апреля 2017 года. 2014-cü ildə — Louisa Gross Horvitz Mükafatı 2014-cü ildə — Tang Mükafatı 2014-cü ildə — Massrey Mükafatı 2015-ci ildə — Lasker-Debeyke Klinik Tibbi Tədqiqat MükafatıUnleashing the immune system to combat cancer | The Lasker Foundation. Дата обращения: 1 августа 2016. Архивировано 30 сентября 2018 года. 2017-ci ildə — Tibb üzrə Volf Mükafatı 2017-ci ildə — Müvafiq beynəlxalq fondun Balzan Mükafatı (R. Şrayber ilə birgə)Fondazione Balzan. Дата обращения: 3 октября 2017. Архивировано 24 октября 2018 года. 2017-ci ildə — BBVA Fondunun Bilik Sərhədləri Mükafatı 2017-ci ildə — Uorren Triennial Mükafatı, Massaçusets Ümumi Xəstəxanası 2018-ci ildə — Cessi Stivenson-Kovalenko Medalı 2018-ci ildə — Kral Feysəl Beynəlxalq Mükafatı 2018-ci ildə — Albany Tibb Mərkəzi Mükafatı 2018-ci ildə — Fiziologiya və ya Tibb üzrə Nobel Mükafatı 2018-ci ildə — Ən çox istinad olunan tədqiqatçıGlobal Highly Cited Researchers 2018 List Reveals Influential Scientific Researchers and their Institutions — Clarivate. Дата обращения: 13 февраля 2020. Архивировано 21 декабря 2019 года. 2019-cu ildə — Franklin İnstitutu Benjamin Franklin Medalı

İstinadlar

Kateqoriya:Biologiya üzrə fəlsəfə doktorları Kateqoriya:Kornell Universitetinin müəllimləri Kateqoriya:ABŞ həkimləri Kateqoriya:XX əsr ABŞ şəxsləri Kateqoriya:XX əsr həkimləri Kateqoriya:XXI əsr ABŞ şəxsləri Kateqoriya:İmmunoloqlar Kateqoriya:Nyu-York şəxsləri Kateqoriya:Amerikalılar Kateqoriya:Xərçəng xəstəliyinin tədqiqatçıları