İbn əl-Ənbari (; ) — Kufə qrammatika məktəbinə mənsub dilçi, ədəbiyyatşünas, mühəddis və Quran elmləri mütəxəssisi.
Bioqrafiyası Onun tam adı mənbələrdə Əbu Bəkr Məhəmməd ibn əl-Qasım ibn Məhəmməd ibn Bəşşər ibn əl-Hüseyn ibn Bəyyan ibn Səmaa ibn Fərvə ibn Qətan ibn Diamə ibn Əbu Bəkr ibn əl-Ənbari şəklində qeyd olunur. 885-ci ildə Ənbarda anadan olmuş və 940-cı ildə Bağdad şəhərində vəfat etmişdir.
İbn əl-Ənbari kiçik yaşlarında atası əl-Qasım ibn Məhəmməd əl-Ənbari ilə birlikdə Bağdad şəhərinə yollandı və Sələb, İsmayıl ibn İshaq əl-Cəhdəmi, Əhməd ibn Bəşşər əl-Ənbari (əmisi) və Əhməd ibn Heysəm əl-Bəzzaz kimi alimlərdən təhsil aldı.
İbn əl-Ənbari bir müddət müəllik etdi, dövrünün Abbasi xəlifəsi ər-Razinin övladları ondan təhsil aldılar.
Hənbəli məzhəbinə mənsub olduğu deyilən İbn əl-Ənbari, "Kitabül-Əzdad", "əl-Əmali" və başqa əsərlərin müəllifidir.
İstinadlar
Kateqoriya:Hənbəlilər