IV Sanço () və ya Cəsur Sanço (; ) — Kastiliya, Qalisiya və Leon kralı.
Həyatı 1258-ci ildə Valyadoliddə dünyaya gəldi. Atası Kastiliya, Qalisiya və Leon kralı X Alfonso, anası isə Araqon kralı I Xaymenin qızı Yolandadır. Kralın ikinci oğlu idi və vəliəhd olan qardaşı Ferdinandın öz oğulları vardı. Bu səbəblə, taxt sıralamasında geridə idi. 1275-ci ildə böyük qardaşı Ferdinand döyüş meydanında həlak oldu və geridə 2 körpə oğlu qaldı. Ənənəyə görə, taxt varisliyi onun oğullarına qalmalı idi. Ancaq Sanço qardaşı oğullarının azyaşlı olmasını bəhanə edərək taxt varisliyini tələb etdi. Atasına düşmən olan bəzi zadəganları öz tərəfinə çəkən Sançonun 1282-ci ildə vəliəhd elan edilməsiylə nəticələnən taxt mübarizəsində yalnız Sevilya, Mursiya və Badaxoz şəhərləri atasına sadiq qaldı.
Taxt haqqını gücləndirmək niyyətiylə Mariya de Molina ilə evləndi. Seçilən gəlin namizədi Leon kralı IX Alfonso və Kastiliya kraliçası Berenqariyanın oğlu Alfonsonun qızı idi. Cütlüyün bu nigahdan 7 övladı doğuldu.
İzabella (1283-1328) IV Ferdinand Alfonso (1286-1291) Henri (1288-1299) Pyotr (1290-1319) Filipp (1292-1327) Beatris (1293-1359)
Atasının 1284-cü ildə vəfatından sonra təkbaşına taxta çıxdı. Taxta çıxmasına baxmayaraq səltənəti boyunca müxalif qüvvələrlə mübarizə apardı. Müxalif birliklərə isə kiçik qardaşı Con rəhbərlik edirdi. Daha sonra qardaşını ələ keçirib həbs etdirdi. Yüzlərlə insan krala tabe olmadığı üçün edam olundu.
Ancaq ehtimal ki, vərəm xəstəliyinə yoluxmuşdu. 25 aprel 1295-ci ildə Toledoda vəfat etdi və vəsiyyətinə görə 9 yaşlı oğlu IV Ferdinand xanımı Mariya de Molinanın naibəliyi altında taxta çıxdı.
Mənbə
Ədəbiyyat
XXV años de la Escuela de Genealogía, Heráldica y Nobiliaria, Ed. Escuela de Genealogía, Heráldica y Nobiliaria, Hidalguia, 1985.
İstinadlar Kateqoriya:XIII əsr Avropa hökmdarları Kateqoriya:Kastiliya infantları