İcevan rayonu — Ermənistan SSR və Ermənistan Respublikasında mövcud olmuş rayon. İnzibati mərkəzi İcevan şəhəri olmuşdur.

Tarixi 1930-cu il sentyabrın 9-da yaradılıb. Ərazisi 1336 kv. km-dir. Rayon mərkəzi respublika tabeli Karvansara (dəyişdirilmiş adı İcevan) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 142 km-dir.

İcevan rayonunun ərazisinə Qaraqoyunlu dərəsinin də bir hissəsi daxildir. Rayonun ərazisi Pəmbək, Murğuz, Hələb və Karvansara dağ silsilələri ilə əhatə olunub. Ağstafa çayı (Kür hövzəsi) rayon boyu axır.

Çar Rusiyası dövründə rayon ərazisi Yelizavetpol quberniyasının Qazax qəzasına daxil idi. XX əsrin əvvəllərində bu ərazilər də erməni quldur dəstələrinin, daşnak hərbi hissələrinin hücumuna məruz qalıb.

Qədimlərdən bəri daim karvan yollarının kəsişdiyi Dilican dərəsi də İcevan rayonu ərazisindədir.(Son illərdə Dilican dərəsində mərkəzi Dilican şəhəri olan ayrıca Dilican rayonu təşkil edilib.) Yüz illər boyu Qazax, Ağstafa, Şəmkir, Tovuz rayonlarının əhalisi yayda Dilican dərəsində dincəlirdi. Tanınmış Azərbaycan yazıçı və dramaturqu Nəcəf bəy Vəzirov da vaxtilə bu ərazidə meşəbəyilik etmişdi.

1988-ci ilə qədər azərbaycanlıların yaşamaqda davam etdikləri və həmin il tərk etməyə məcbur olduqları yaşayış məntəqələri: Salah, Murtel, Haqqıxlı, Alaçıxqaya, Ağkilsə, Polad.

Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin müxtəlif fərmanları ilə rayon üzrə dəyişdirilmiş tarixi yer adları: Qədim türk adı İndiki adı Dəyişdirilmə tarixiQaranlıqdərəXavaradzor…XavaradzorLusadzor03.01.1935SaratuHacdarak…AlaçıxqayaAlaçıx…HaçasuAcaçur…GüneyGetaşen03.01.1935GetaşenKirants25.05.1967QaradaşSevkar…AşhigahLalakənd…LələkəndLalikyuğ…LalikyuğVazaşen25.01.1978BibişBerkaber25.01.1978Ayrım PoladAyrim…Karvansaraİcevan…KürdəvanYenokavan03.01.1935CarheçKuybışev02.03.1940MəlikkəndMelikkyuğ…MelikkyuğTsaxkavan02.03.1940SarıgahSarıkyuğ10.05.1951Yuxarı AğdanAqdan25.05.1967AğdanQandzakar25.01.1978Aşağı AğdanMorut25.05.1967MorutHaxnaxpyur11.11.1970Uzuntala (Qaraqoyunlu)Onut25.05.1967OnutAygehovit12.02.1969RəvazlıDitavan25.05.1967Murteyl(Çiçəkbulaq)25.01.1978TalaGetahovit25.01.1978HaqqıxlıSəməd Vurğun25.01.1978Haqqıxlı (Səməd Vurğun)Hovk1991

İstinadlar

Xarici keçidlər Qərbi Azərbaycan: azərbaycanlılara qarşı genosid demoqrafik statistika güzgüsündə Qərbi Azərbaycanın türk mənşəlli toponimləri Vandalizm: tarixi adlara qarşı soyqırımı. Bakı, "Təhsil", 2006, 92 səh. İndiki Ermənistan qədim türk yurdu idi Qərbi Azərbaycan ərazilərində yer adlarının soyqırımı

Həmçinin bax Qərbi Azərbaycan Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası Erməni əhalisinin tarixi miqrasiyası

Kateqoriya:Qaraqoyunlu mahalı Kateqoriya:Ermənistan SSR-in rayonları Kateqoriya:İcevan rayonu