Maykl Yanq () — amerikalı bioloq və genetikdir. O, Ceffri Holl və Maykl Rosbaş ilə bərabər sirkadian ritmini idarə edən molekulyar mexanizmlərin kəşfinə görə 2017-ci ildə Fiziologiya və ya Tibb üzrə Nobel Mükafatı laureatı olmuşdur.The 2017 Nobel Prize in Physiology or Medicine - Press Release. The Nobel Foundation (2 октября 2017). Дата обращения: 2 октября 2017. Архивировано 11 октября 2017 года. 1975-ci ildə fəlsəfə doktoru (PhD) elmi dərəcəsini almışdır. O, Rokfeller Universitetində professor və akademik işlər üzrə vitse-prezident vəzifəsində çalışır. Eyni zamanda həmin universitetin Genetika Laboratoriyasına rəhbərlik edir. 2007-ci ildə Milli Elmlər Akademiyasının üzvü seçilmiş, 2018-ci ildə isə Amerika Fəlsəfə Cəmiyyətinin üzvü olmuşdur.Election of New Members at the 2018 Spring Meeting | American Philosophical Society. Дата обращения: 9 июня 2018. Архивировано 2 апреля 2019 года. Bundan əlavə, o, 2007-ci ildən Amerika Mikrobiologiya Akademiyasının üzvü, həmçinin Fizioloji Cəmiyyətin fəxri üzvüdür.

Həyat yolu Maykl Yanq Texas Universitetinin Ostin filialını 1971-ci ildə biologiya ixtisası üzrə bakalavr dərəcəsi ilə bitirmiş, 1975-ci ildə isə həmin universitetdə genetika üzrə fəlsəfə doktoru (PhD) elmi dərəcəsini almışdır. Daha sonra Stenford Tibb Məktəbində Biokimya kafedrasında Devid Hocesin rəhbərliyi altında postdoktoral tədqiqatçı kimi çalışmışdır. 1978-ci ildən etibarən Rokfeller Universitetində fəaliyyət göstərir. O, həmçinin Nyu-York Elmlər Akademiyasının Prezident Şurasının üzvüdür. Maykl Yanq otuz ildən artıq bir müddət ərzində Drosophila melanogaster üzərində yuxu və gündəlik fəaliyyətin genetik cəhətdən tənzimlənən qanunauyğunluqlarını tədqiq etmişdir. Rokfeller Universitetində işlədiyi müddətdə o və laboratoriyası sirkadian ritmlərinə nəzarət edən daxili saatın tənzimlənməsi ilə əlaqəli əsas genləri müəyyən etməklə xronobiologiyaya əhəmiyyətli töhfələr vermişdir. Bu tədqiqatlar canlı orqanizmlərdə yuxu, oyanıqlıq və digər bioloji proseslərin sutkalıq ritmlərinin molekulyar əsaslarının başa düşülməsində mühüm rol oynamışdır. M.Yanq meyvə milçəklərinin normal yuxu dövrü üçün vacib olan "dövr" geninin funksiyasını aşkar etdi. Onun rəhbərlik etdiyi laboratoriya həmçinin sirkadiyalı ritmlərin tənzimlənməsində mühüm rol oynayan zülalların sintezini idarə edən daha iki geni –"zamansız" («timeless») (TIM) və "ikiqat zaman" («doubletime») (DBT) genlərini kəşf etmişdir.The 2017 Nobel Prize in Physiology or Medicine - Press Release. The Nobel Foundation (2 октября 2017). Дата обращения: 2 октября 2017. Архивировано 11 октября 2017 года.Cha Arlene Eujung (2 октября 2017). Nobel in physiology, medicine awarded to three Americans for discovery of 'clock genes'. Washington Post. Архивировано 16 октября 2017. Дата обращения: 4 октября 2017.

Mükafatları •2006-cı il-Pittendrih/Aschoff Mükafatı, Bioloji Ritmlər üzrə Tədqiqatlar Cəmiyyəti

•2009-cu il - Neyrologiya üzrə Qruber Mükafatı

•2011-ci il- Luisa Gross Horvits Mükafatı

•2012-ci il - Gairdner Beynəlxalq Mükafatı

•2012-ci il - Messri Mükafatı

•2013-cü il - Uayli Mükafatı

•2013-cü il - Şao Mükafatı

•2017-ci il - Fiziologiya və ya Tibb üzrə Nobel Mükafatı

Bu kəşflər orqanizmin daxili bioloji saatının molekulyar mexanizmlərinin izah edilməsinə, eləcə də yuxu ritmi, maddələr mübadiləsi və digər sutkalıq bioloji proseslərin necə tənzimləndiyinin başa düşülməsinə mühüm töhfə vermişdir.

İstinadlar

Kateqoriya:ABŞ genetikləri