Rüfət Əmiraslanov (Rüfət Mübariz oğlu Əmiraslanov; 7 noyabr 1994, Potubəyli kəndi, Saatlı rayonu) —Nəqliyyat üzrə ekspert, müəllim və dövlət qulluqçusu.
Həyatı
Rüfət Mübariz oğlu Əmiraslanov 7 noyabr 1994-cü ildə Saatlı rayonu Potubəyli kəndində anadan olub. 2001–2012-ci illərdə Saatlı rayon Potubəyli kənd tam orta məktəbində təhsil alıb.
2012-ci ildə Azərbaycan Texniki Universitetinin Nəqliyyat fakültəsinin Yerüstü nəqliyyat vasitələri mühəndisliyi ixtisasına qəbul olub və 2016-cı ildə bakalavr təhsilini başa vurub. Həmin il Azərbaycan Texniki Universitetində Yol hərəkətinin təşkili və təhlükəsizliyi ixtisası üzrə magistratura təhsilinə başlayıb və 2018-ci ildə magistr dərəcəsi alıb.
Əmək fəaliyyətinə 2016-cı ildə başlayıb. Müxtəlif illərdə Bakı Texniki Kollecində, Xəmsə Hazırlıq Kurslarında və Hi Education Tədris Mərkəzində müəllim kimi fəaliyyət göstərib.
2018–2020-ci illərdə Gold Master Tədris Mərkəzinin direktoru və müəllimi olub. Bu dövrdə tədris prosesinin təşkili və idarə olunması ilə yanaşı, məntiq, riyaziyyat və informatika fənləri üzrə dərs deyib.
2017-ci ildən dövlət qulluğunda, nəqliyyat sahəsində fəaliyyət göstərir. Əmək fəaliyyətinə Bakı Nəqliyyat Agentliyində məsləhətçi kimi başlayıb, daha sonra aparıcı məsləhətçi vəzifəsində çalışıb. Dövlət idarəetmə sistemində həyata keçirilən struktur dəyişikliklərindən sonra fəaliyyətini Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində davam etdirib. Müxtəlif dövrlərdə aparıcı məsləhətçi, böyük mütəxəssis və baş mütəxəssis vəzifələrində çalışıb.
Hazırda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində baş mütəxəssis vəzifəsində fəaliyyət göstərir.
2023-cü ildən Azərbaycan Memarlıq və İnşaat Universitetində baş müəllim kimi fəaliyyət göstərir və bakalavr pilləsində nəqliyyat ixtisası üzrə ixtisas fənlərini tədris edir.
Elmi və publisistik fəaliyyəti Rüfət Əmiraslanov pedaqoji və nəqliyyat sahələrinə dair tədris vəsaitlərinin, elmi məqalələrin müəllifidir və sahəvi ekspert kimi çıxışlar edir. Tədris vəsaitləri və kitabları Məntiq, riyaziyyat, qanunvericilik və yol hərəkəti qaydaları istiqamətləri üzrə vəsaitlər hazırlamışdır. Yol hərəkəti qaydalarına dair yazdığı "Sürücünün dostu" kitabının birinci nəşri 2025-ci ildə, ikinci nəşri isə 2026-cı ildə çap edilmişdir. Bundan əlavə, ali məktəblərin magistratura pilləsinə və dövlət qulluğuna hazırlıq üçün iki məntiq kitabının, bir riyaziyyat kitabının və ümumi test toplusunun müəllifidir. Onun nəqliyyat və yol təhlükəsizliyi mövzusundakı elmi-praktiki məqalələri müxtəlif kitab toplularında nəşr olunmuşdur.
Ekspert fəaliyyəti və media Nəqliyyatın planlaşdırılması, yol hərəkətinin təşkili, hərəkətin təhlükəsizliyi və nəqliyyat infrastrukturu mövzularında dövri mətbuatda, həmçinin Baku TV və Xəzər TV-nin efirində rəylər verir. Onun müxtəlif nəqliyyat problemləri, yol hərəkətinin təhlükəsizliyi və bu sahədə tətbiq olunan yeniliklərlə bağlı fikirləri media orqanlarında dərc olunur.
Onun mətbuatdakı şərhləri əsasən aşağıdakı mövzuları əhatə edir:
Avtobus zolaqları və dron nəzarəti: Avtobus zolaqlarından istifadə qaydaları və nəqliyyatda dronlarla nəzarət sisteminin tətbiqi barədə rəylər vermişdir. Taksi fəaliyyəti: Taksi sürücülərinin iş və qrafik rejiminin tənzimlənməsi mövzusunda açıqlamalar vermişdir. Etibarnamə qaydaları: Nəqliyyat vasitələrinin idarə edilməsində etbarnaəmlərlə bağlı hüquqi tənzimləmələrə dair şərhləri mövcuddur. Texniki baxış və ekologiya: Avtomobillərin texniki baxışı, ekoloji tələblər (zərərli qaz norması) və dayanıb-durma qaydaları məsələlərinə toxunmuşdur. Şüşə və vizual yazılar: Avtomobillərdə qara şüşə (plyonka) standartları və nəqliyyat vasitələrinin üzərindəki vizual yazılara dair qanunvericilik tələbləri barədə məlumat vermişdir.
Təhlükəsizlik kəməri: Sərnişinlərin təhlükəsizlik kəmərindən istifadə məsuliyyəti ilə bağlı rəsmi qaydaları şərh etmişdir.
istinadlar
Xarici keçidlər
AYNA: Sürücülər ehtiyat hissələri alanda ilk növbədə qiymətə baxırlar polisi sürücülərə dronla nəzarət edib cərimə yazır? - VİDEO Rüfət Əmiraslanov açıqlayır