Denzel Jubitana () — Surinam futbolçusu, Azərbaycan Premyer Liqası klubu "Neftçi"nin yarımmüdafiəçisi. Belçikada anadan olan futbolçu Surinam milli komandasını təmsil edir.
Klub karyerası "Beveren" komandasında oynayan Jubitana Belçikanın yüksək liqasında ilk qolunu 18 avqust 2018-ci ildə "Sent-Trüden"ə qarşı vurdu.
19 iyul 2021-ci ildə Jubitana uğurlu sınaqdan sonra "Roda Kerkrade" ilə bir illik müqavilə imzaladı.
Atromitos 25 iyun 2023-cü ildə o, "Atromitos" ilə üç illik müqavilə imzaladı. 23 sentyabr 2023-cü ildə Jubitana ilk qolunu OFİ ilə səfərdə 1:1 hesablı heç-heçə ilə başa vurdu.
Neftçi 28 avqust 2026-cı ildə "Neftçi" ilə 2 illik müqavilə imzalayıb.
Beynəlxalq karyera 26 avqust 2024-cü ildə Jubitana, Surinam milli futbol komandasına Qayana və Qvadelupa ilə keçiriləcək Millətlər Liqası oyunları üçün çağırıldı. Daha sonra o, Qayana üzərində 5:1 hesablı qələbə qazanılan oyunda ilk beynəlxalq qolunu vurdu.
Növbəti il o, 2025-ci il KONKAKAF Qızıl Kubokunda ölkə üçün çıxış etdi.
Şəxsi həyat Belçikada anadan olan Jubitana surinaməsillidir. Onun babası Rudi Jubitana da Surinam millisinin futbolçusu idi.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Niderlandda legioner Belçika idmançıları Kateqoriya:Yunanıstan Super Liqası futbolçuları Kateqoriya:Niderland Birinci Diviziyası futbolçuları Kateqoriya:Belçika Birinci Diviziyası A futbolçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:Belçikanın kişi futbolçuları Kateqoriya:Yunanıstanda legioner futbolçular Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları