Həzrət Əli məscidi (Ərkivan, Masallı) — Azərbaycan Respublikasında Masallı rayonunun, Ərkivan qəsəbəsinin Ramazanlı məhəlləsində yerləşən tarixi-memarlıq abidəsi, məscid. Məscid Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin 12 iyul 2010-cu il tarixli, 100110 A3-428 nömrəli qərarı ilə təsdiq edilmiş yerli əhəmiyyətli tarix-memarlıq abidələr siyahısındadır.
Tarixi
Məscid Masallı rayonunun Ərkivan kəndinin Ramazanlı məhəlləsində yerləşir. İbadətgah XX əsrin əvvəlində inşa olunub. Məscidə yerli sakin Kərbəlayı Kərim Kərimov tərəfindən torpaq sahəsi verilib.
Həzrət Əli (ə) məscidi 1991-ci ildə məhəllə sakinlərinin vəsaiti hesabına inşa olunmuşdur. İbadətgahın divarları kərpiclə hörülüb, tavanı isə taxtadandır. Həyətyanı sahəsi mişar daşı ilə hasara alınıb. Məscidin tağvari formada üç taxta giriş qapısı var. İbadət zalının bir hissəsi qadınlar üçün ayrılıb. Məscidin minbəri və pəncərələri taxtadandır.
Məscid 1991-ci ildə əsaslı təmir edilib.
Məscidin imamları +Sıra NoAdı, soyadıXidmət dövrüVəzifəsi / statusuQeyd1Molla Məhəmməd Axund Molla Həsən oğlu1915-1937Baş molla / İmam2Molla Əli1938-3Molla Füzuli
Mənbə Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası, "Beynəlxalq əl-Huda" nəşriyyatı, Bakı — 2001, ISBN 964-8121-59-1. ebooks.az; archive.org Aqşin Mistanlı. Cənub Bölgəsinin Abidələr Ensiklopediyası. 2020. Bakı Abdurrəhman Səmədov. Ərkivan salnaməsi. Victori nəşriyyatı. 2009. Bakı
Həmçinin bax Məscid Beynəlxalq məscid günü Azərbaycandakı məscidlərin siyahısı
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Əlifba sırasına görə dini abidələr Kateqoriya:Masallı məscidləri Kateqoriya:Azərbaycandakı şiə məscidləri Kateqoriya:XX əsr məscidləri Kateqoriya:Azərbaycan məscidləri