Con Bouz-Layon (; ) — britaniyalı aristokrat. Britaniya kraliça-konsortu Yelizaveta Bouz-Layonun qardaşı və Britaniya kraliçası II Yelizavetanın dayısıdır.
1 aprel 1886-cı ildə doğuldu. XIV Stratmor və Kinqxorn qrafı Klaud Bouz-Layonun oğludur. İton kollecində və Oksford Yeni kollecdə təhsil aldı.
29 sentyabr 1914-cü ildə Fenella Hepbörn-Stüart-Forbes-Trefusislə evləndi. Cütlüyün bu nigahdan 5 qızı doğuldu.
Patrisiya Bouz-Layon (1916-1917) Anna Bouz-Layon (1917-1980) Nerissa Bouz-Layon (1919-1986) Diana Bouz-Layon (1923-1986) Yekaterina Bouz-Layon (1926-2014)
Birinci Dünya müharibəsindən öncə London birjasında çalışmağa başladı. 1915-ci ildə cəbhəyə yollandı. Cəbhədə ikən bir barmağını itirdi. 1920-ci ildən etibarən mülki vəzifələrə təyin olundu.
7 fevral 1930-cu ildə pnevmoniyadan vəfat etdi.
Mənbə
Ədəbiyyat
Forbes, Grania (1999). My Darling Buffy: The Early Life of The Queen Mothe. Headline Book Publishing. p. 3. ISBN 978-0-7472-7387-5 Shawcross, William (2009). Queen Elizabeth The Queen Mother: The Official Biography. Macmillan. p. 85. ISBN 978-1-4050-4859-0 Vickers, Hugo (2006). Elizabeth: The Queen Mother. Random House. p. 320. ISBN 978-0-09-947662-7
İstinadlar