Allahverdi Həsənov (tam adı: Həsənov Allahverdi) — Azərbaycan Milli Məclisinin sabiq üzvü, istiqlalçı millət vəkili, polis polkovnik-leytenantı
Həyatı Allahverdi Həsənov 1952-ci il mayın 10-da Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Oğlanqala kəndində anadan olub. 1990–1995-ci illərdə Ali Sovetin deputatı kimi fəaliyyət göstərib. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktına səs verən 43 istiqlalçı deputatdan biri olub.İstiqlalçı deputat Allahverdi Həsənov vəfat etdi - FOTO l Heydər Əliyevə yaxınlığı ilə seçilib və onu müdafiə edənlərdən olub.Ulu Öndərin yaxın silahdaşı olmuş polkovnik vəfat etdi – TARİXİ FOTOLAR 7
Vəfatı 2026-cı ildə 10 yanvarda vəfat edib. Şərur rayonunun Oğlanqala kəndində dəfn edilib.
Fəaliyyəti Polis orqanlarında fəaliyyəti Xüsusilə 1990-cı illərin əvvəllərində Naxçıvanın ağır blokada şəraitində olduğu, erməni silahlı dəstələrinin hücumlarının intensivləşdiyi dövrdə Şərur Rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışaraq həm sərhədlərin müdafiəsində, həm də daxili sabitliyin qorunmasında mühüm rol oynayıb. Daxili işlər orqanlarında polis polkovnik-leytenantı rütbəsinədək yüksəlib. O, müxtəlif illərdə Şərur Rayon Polis Şöbəsinin rəisi olmaqla yanaşı, Şamaxı Rayon Polis Şöbəsinə də rəhbərlik edib. Müxtəlif mükafat və təltiflərlə təltif olunub. 2007-ci ildə təqaüdə çıxıb.
İstinadlar
Xarici keçidlər Aqil Abbas Allahverdi Həsənov haqqında
Kateqoriya:Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatları Kateqoriya:Polkovnik-leytenantlar