Yuqoslaviyalı Tomislav və ya Tomislav Karacorceviç (; ) — Yuqoslaviya kralı I Aleksandrın oğlu.

Həyatı 19 yanvar 1928-ci ildə Belqradda dünyaya gəldi. Atası Yuqoslaviya kralı I Aleksandr, anası isə Rumıniya kralı I Ferdinandın qızı Şahzadə Mariyadır. 25 yanvarda vəftiz edildi və Britaniya kralı V Georq onun xaç atalarından biri oldu. Hələ 6 yaşında ikən atası sui-qəsdlə öldürüldü və böyük qardaşı II Pyotr adıyla taxta çıxarıldı.

İlk təhsilini sarayda alsa da, 1937-ci ildə Surreydəki yatılı məktəbə göndərildi. İkinci Dünya müharibəsi boyunca İngiltərədə qaldı. Yuqoslaviyada monarxiyanın ləğvindən sonra 1945-ci ildə digər ailə üzvləriylə birlikdə ölkədən sürgün edilənlərdən oldu. Burada meyvəçiliklə məşğul oldu. Geniş alma təsərrüfatı qurdu.

12 iyul 2000-ci ildə Serbiyanın Topola şəhərində vəfat etdi. Cənazəsi Oplenatsdakı Müqəddəs Georgi kilsəsinə dəfn olundu.

Şəcərəsi İlk evliliyi 5 iyun 1957-ci ildə Baden-Vürtemberqdə Şahzadə-konsort Filipp Mauntbettenin bacısı qızı Badenli Marqaritayla baş tutdu. Cütlüyün 2 övladı doğulsa da, 1981-ci ildə boşandılar.

Nikolay (15 mart 1958-) Yekaterina (28 noyabr 1959-)

İkinci evliliyi 16 oktyabr 1982-ci ildə Birmingemdə Linda Mariya Boniylə baş tutdu. Cütlüyün bu nigahdan 2 oğlu doğuldu.

Georq (25 may 1984-) Mixail (15 dekabr 1985-)

Mənbə

Ədəbiyyat

Eilers, Marlene (1997). Queen Victoria's Descendants. Sweden: Rosvall Royal Books. pp. 67–68. ISBN 91-630-5964-9

İstinadlar