Con Recinald Hallidey Kristi (8 aprel 1899, Nortovram – 15 iyul 1953, London) — ingilis seriyalı qatil və təcavüzkar. 1940-cı illərdən və 1950-ci illərin əvvəllərinədək o, Londonun Nottinq Hill şəhərindəki Rillington Place 10 ünvanındakı evində öz həyat yoldaşı Etel də daxil olmaqla ən azı səkkiz qadını boğaraq öldürmüşdür.